Nida.az
Onlar ya təslim olacaqlar, ya da... - Politoloq
“Rusiya sülhməramlılarının əsas məqsədi insidentlərin qarşısını almaqdır və bütün gərginliyin yaranmasının səbəbi separatçılardır. Kameraların quraşdırılması məsəsləsi uzun müddətdən bəri gündəmdə idi”.
Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq qeyd edib ki, kamerların quraşdırılması proseslərin gedişatına təsir edə bilməyəcək: “Rusiya sülhməramlıları bəzən çərçivədən kənar çıxa bilirlər. Yəni birmənalı olaraq demək olar ki, onlar öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmir. Onların kifayət qədər səhvi var və biz bunları qeydə alırıq”.
T.Abbasov vurğulayıb ki, Ölkə başçısı və bütün dövlət qurumları Qarabağda gedən proseslərə xüsusi diqqət yetirir və sülhməramlıların atdığı addımlara nəzarət edirlər: “Bu torpaqlar bizimdir və rusların orada olması müvəqqətidir, nə qədər ki, hələ oradadırlar separatçıları tərk-silah edərək torpaqlarımızdan çıxarsınlar. 10 noyabr sazişinin 4-cü bəndində də bu məsələ özünü göstərir. Əlisilahlı erməni dəstələri hələ də insidentlər törətməyə davam edərsə, ordumuz onlara adekvat cavab verəcək. Ancaq terrorçu dəstələrin üzvləri bilməlidir ki, ya təslim olacaqlar, ya da güc yolu ilə torpaqlarımızdan çıxarılacaqlar. Bu torpaqlarda yaşayanlar Azərbaycan qanunvericiliyinə tabe olmalıdır. Fərrux kəndində qaldırılan rus bayrağı isə orada olan hərbi kontingentə aiddir. Yəni burada çox böyük bir məsələ yoxdur. Bunu hər kəs bilsin ki, orada olan rus bayrağı belə müvəqqətidir”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


