Nida.az
Ermənistan öhdəliklərini yerinə yetirməsə... - RƏY
“Cənab Prezidentin ilin 1-ci rübünün yekunlarına həsr olunmuş müşavirədə söylədiyi fikirlər son dərəcə dolğun və məntiqli fikirlərdir. İlham Əliyev həmin mükəmməl nitqində növbəti dəfə doğma Qarabağımız haqda danışdı və eyni zamanda razılaşmalara əsasən nələrin edilməli olduğunu Ermənistana xatırlatdı”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, Ermənistan ciddi dövlət deyil və bu qeyri-ciddiliyin nəticəsidir ki, razılaşmalara hələ də tam əməl etmir: “Cənab Prezident doğru olaraq qeyd etdi ki, Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Hazırda diktə edən tərəf Azərbaycan dövlətidir və Ermənistan da ağlını başına yığaraq həmin reallıqla barışmalıdır, razılaşmalara əməl etməlidir. Etmədiyi halda özü itirəcək və beynəlxalq, regional sferadan daha da təcrid olacaq”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
