Nida.az
Bu Qurultay əvəzsiz fürsətdir - Şərh
“Azərbaycan növbəti tarixi hadisənin astanasındadır. Bu hadisəni ən yeni tariximizin başlanğıcı da adlandırmaq olar. Söhbət Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayından gedir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Politoloq bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var:
“Birincisi, Şuşa Azərbaycan üçün istər mənəvi, istərsə də mədəni baxımdan mühüm bir şəhərdir. Təsadüfi deyil ki, geridə qoyduğumuz 28 illik işğal dövründə Şuşa şəhəri qələbəyə olan inamın simvolu halına gəlmişdi. Şuşa şəhərinin işğal prosesi dövründə misli ilə artan dəyəri, simvolik mənası bu gün də özünü göstərir. Belə ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı həm də Zəfər qurultayı kimi tarixə düşəcək. Heç şübhəsiz ki, bu tarixi reallıq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyinin, düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir.
Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşüdür. Bu həm də xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılması baxımından mühüm hadisə olacaq. Müharibənin ən şiddətli zamanında Azərbaycan diasporu Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmişdi, bu aksiyalarda 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etmişdi. 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərmişdi.
Nəticə etibarilə Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi ən yeni tariximiz baxımından mühüm hadisədir”.
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir




















.jpg)

.jpg)












