Nida.az
Hikmət Hacıyevdən diaspor təşkilatlarına TÖVSİYƏ
"Biz dövlət olaraq istəyirik ki, Azərbaycanın diaspor təşkilatlarının üzvləri yaşadıqları ölkənin layiqli vətəndaşları olsunlar".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayında panel müzakirələri zamanı deyib.
O bildirib ki, diaspor üzvləri yaşadıqları ölkələrin qayda-qanunlarına əməl etməli və Azərbaycan həqiqətlərinin çatdırılmasında fəal rol oynamalıdır.
Hikmət Hacıyev qeyd edib ki, bu gün dünya reallığında yalnız bir supergüc var: "Bu supergüc ictimai rəydir. Diaspor nümayəndələri hər biri yaşadıqları ölkədə fəal iş aparmaqla ictimai fikrə təsir edə bilər. Təssüf ki, hər zaman Azərbaycana qarşı yanlış kampaniyalar aparılıb, bundan sonra da aparılacaq. Biz buna hazır olmalıyıq. Burada əsas məsuliyyət ictimai fikir daşıyıcılarının üzərinə düşür. Burada parlamentlərdə, hökumətlərin rəsmi dairələrində, qeyri-hökumət dairələrində ictimai fikrə təsir edə biləcək bütün zümrələrlə işləmək lazımdır " - deyə Prezidentin köməkçi əlavə edib.
Hikmət Hacıyev vurğulayıb ki, xarici ölkələrdə Azərbaycan məktəblərinin və ya virtual Azərbaycan məktəblərinin yaradılması prosesi gedir.
O əlavə edib ki, bu günə qədər bizim diaspor fəaliyyətimizdə və ideologiyamızda faciə əsasında qurulan Qarabağ məsələsi üstünlük təşkil edib: "Faciə amili bizi birləşdirən amildir. Faciənin və humanitar problemlərin aradan qaldırılması istiqamətində inklüziv şəkildə birlikdə iş aparmalıyıq. Bizi birləşdirən yeni dəyərlər ətrafında birləşməliyik. Bu dəyərlər Azərbaycançılıq məfkurəsidir ki, bu da Qarabağın dirçəldilməsi və inkişafı ilə bağlıdır".
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





