Nida.az
Bu, prosesi pozmaq deməkdir - Xələf Xələfov
"Brüssel görüşündən sonra ondan əvvəlki proseslər nəticəsində belə bir əminlik və qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə aid olan prosesə start verməyə, eyni zamanda delimitasiyaya başlamağa razılığını bildirib. Bu istiqamətdə səylər davam etdirilir. O ki qaldı Ermənistanın bizim 5 prinsipi qəbul etməyinə, məsələ bundan ibarətdir ki, sülh danışıqlarından söhbət aparırıqsa, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən söhbət gedirsə, Azərbaycanın təklif etdiyi 5 bənd əsasında bu proses getməlidir".
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Biz əvvəllər də demişdik, indi də o qənaətdəyik ki, hər hansısa qeyd-şərtlərlə prosesə başlamaq məqsədəuyğun deyil, bu, prosesi pozmaq anlamına gəlib çıxır", - o bildirib.
Xələf Xələfov qeyd edib ki, Ermənistanda bu gün müəyyən mənada etirazlar var:
"Müxalifət hökumətə etiraz edir, hökumətin dəyişdirilməsinə can atır. Bu, Ermənistanın daxili işidir. Görünən odur ki, Ermənistanın indiki hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşma prosesinin davam etdirilməsindən imtina etməyib. Bu proses davam edir. O ki qaldı işçi qruplarının fəaliyyətinə, kommunikasiyaların açılması ilə əlaqədar işçi qrupların fəaliyyəti baş nazirlərin müavini səviyyəsində davam etdirilir. Sülh prosesi üçün siyasi iradə, xoş məram, sülh prosesinə sadiqlik tələb olunur. Azərbaycan sülh gündəliyini ortaya qoyub və bu məsələdə israrlıdır. Azərbaycan hesab edir ki, müharibə başa çatıb, münaqişə bitib, ərazi bütövlüyünü bərpa edib. Bundan sonra gedən bütün proseslər bu əsasda davam etməlidir. Azərbaycan və Ermənistan arasında sülh və qarşılıqlı anlaşma şəraitində dinc yaşama bərqərar olmalıdır".
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
































.jpg)

.jpg)
