Nida.az
Əgər Baqratyan mitinq podiumuna çıxıbsa... - Musabəyov
“İrəvanda müxalifətin son mitinqində Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bəyanatla çıxış edib ki, ölkəsi ümidsiz bir xəstəni xatırladır. Bu diaqnozla razılaşmamaq çətindir. Bu xəstəlik xronikidir və Ermənistanın yaxın tarixi boyunca həmişə özünü göstərməkdədir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Deputat bildirib ki, Baqratyan professor tituluna sahibdir:
“Hətta onun parlament sədri və deputat kimi keçmişi olub. Buna baxmayaraq, o, adekvat və ağlabatan insan təəssüratı buraxmır. Xatırlamaq kifayətdir ki, Azərbaycanı mövcud olmayan nüvə başlığından istifadə etməklə hədələyən məhz bu adam və onun rəhbərlik etdiyi qurum olub. Ermənistan iqtisadiyyatının bərpası üçün onların təklif etdikləri “reseptlər”in, təkliflərin əksəriyyəti isə erməni mütəxəssislərin lağlağı, lətifə obyektinə çevrilib. Əgər Qrant Baqratyan etirazçıların mitinq podiumuna çıxıbsa, deməli erməni müxalifətinin hərəkətləri olduqca pis durumdadır. Eyni zamanda onların bu vəziyyəti naməhrəm bir sonluğa doğru sürüklənir”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
