Nida.az
Lavrov İrəvana məhz bunun üçün gedir - Zərdüşt Əlizadə
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda rəsmi səfərdədir.
Publika.az xəbər verir ki, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü iyunun 9-da baş tutacaq. Səfər zamanı Ermənistan prezidenti və baş naziri ilə də görüşlər nəzərdə tutulub.
Lavrov həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.
Qeyd edək ki, S.Lavrov bu gün Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb.
Səfərdən gözləntilərini Publika.az-la bölüşən politoloq Zərdüşt Əlizadə bildirib ki, S.Lavrov Ermənistana Rusiyanın hansısa maraqlarını təmin etmək üçün gedir. Onun sözlərinə görə, Ermənistan, erməni xalqı onun heç vecinə də deyil: “Lavrov Ermənistana rus imperializminin mənafelərini müdafiə etmək məqsədilə hansısa əyri, çirkin bir iş görmək üçün gedir. Məhz bundan ötrü gedir, başqa şeyə görə yox. Digər tərəfdən, Lavrovun səfərində məqsəd Ermənistanı nəzarətdə saxlamaqdır”.
S.Lavrovun səfərinin Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlılığına toxunan Z.Əlizadə bildirib ki, Rusiya XİN başçısını sülh maraqlandırmır.
KTMT-nin iclası ilə bağlı fikirlərini bölüşən Z.Əlizadə KTMT-nin ölü təşkilat olduğunu, onun heç bir xeyrinin olmadığını bildirib: “Sadəcə görüntü xatirinə belə bir təşkilat mövcuddur. Rusiya bu təşkilatı gücləndirmək istəyir. Bu yaxınlarda Vladimir Putin KTMT-yə üzv ölkələrin dövlət başçılarını Moskvaya toplamışdı. Amma faydası yoxdur. Ölmüş təşkilatı diriltmək mümkün deyil. O təşkilatın tarixi, gələcəyi yoxdur. Ölkələr ora məcburiyyətdən girib. Özü də Ukrayna ilə bağlı baş verənlər göstərdi ki, bir qəpiklik xeyri yoxdur”.
Politoloq Ukrayna müharibəsinin gedişi ilə bağlı fikirlərini də bölüşüb: “Hələlik güc Rusiyadadır, hələlik Rusiya üstün gəlir. Qərb Ukraynaya silah verilməsini qəsdən gecikdirir ki, Rusiya da, Ukrayna da gücdən düşsün”.
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq









.jpg)











.png)

















