Rəşadətli Ordumuzun TƏCRÜBƏSİ dünyada öyrənilir – Polkovnik Əzizağa Qənizadə - FOTO
Bizi izləyin

Nida.az

Rəşadətli Ordumuzun TƏCRÜBƏSİ dünyada öyrənilir – Polkovnik Əzizağa Qənizadə - FOTO

Azərbaycan Hərb Tarixi Muzeyində 26 iyun – Silahlı Qüvələr Günü münasibətilə tədbir keçirilib.

Publika.az">Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, polkovnik Əzizağa Qənizadə bildirib ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütüövlüyünün keşiyində dayanan ordumuz Azərbaycan Xalq Cümuhiyyəti Ordusunun varisidir.

Onun sözlərinə görə, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı ilə müsəlman korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılıb.

Bununla da silahlı qüvvələrin yaradılmasına başlandı: “Həmin tarixdən artıq 104 il ötür. Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etdikdən sonra məlum olduğu kimi Ermənistanın ərazi iddiaları və silahlı təcavüzü ilə üz-üzə qalıb. İlk illərdə böyük çətinliklərlə qarşılaşan xalqımız güclü ordu, vahid komandanlıq, nizam-intizam olmadığına görə düşmən 90-cı illərdə havadarlarının güclü hərbi-siyasi dəstəyi ilə torpaqlarımızın bir qismini işğal etməyi bacardı. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həyatımızın bütün sahələrini əhatə edən böhran aradan qaldırıldı. Silahlı Qüvvələrdə intizamsızlığın, başıpozuqluğun qarşısı alındı. Elmi əsaslarla və vahid komandanlıq prinsipi ilə idarə edilən intizamlı ordu quruculuğu prosesi başladı. Eyni zamanda böyük iqtisadi layihələrin gerçəkləşdirilməsi, “Əsrin kontraktı” adlanan neft müqaviləsinin imzalanması ölkəyə investisiya axınına səbəb oldu və ordu quruculuğuna yetərincə diqqət yetirilməsinə imkan yarandı”.

Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində ümumiyyətlə ordu quruculuğu prioritet sahə elan edildi, Silahlı Qüvvələrin maddi-texniki təchizatı baxımından böyük işlər görüldü, ordumuz dünyanın ən müasir silah və texnikası ilə təchiz edildi: “Hərbi hissələrimiz peşəkarlıq prinsipi ilə komplektləşdirilməyə başladı. Təlim və məşqlər sayəsində döyüş hazırlığı sahəsində yüksək keyfiyyət dəyişiklikləri baş verdi. Silahlı qüvvələrimiz qısa zaman kəsiyində dünyanın 50 qüdrətli hərbi strukturu sırasına daxil oldu, Cənubi Qafqazda isə ən güclü orduya çevrildi. 2016-cı ilin aprel döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu nəyə qadir olduğunu düşmənə göstərdi və işğal edilmiş torpaqlarımızı azad etməyi bacardı. Müharibə günlərində ordumuzun hərb sənətinə gətirdiyi taktiki yeniliklər bu gün dünyanın güc mərkəzlərində diqqətlə öyrənilir. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələri bütün dünya azərbaycanlılarının qürur və güvənc yerinə çevrilib”.

Əzizağa Qənizadə bildirib ki, hazırda Azərbaycan Ordusu 3 qoşun növündən – Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələrindən ibarətdir: “Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi Quru Qoşunları müxtəlif hərbi birləşmələrdən və bilavasitə Müdafiə Nazirliyinə tabe olan briqadalardan ibarətdir”.

O qeyd edib ki, Hərbi Hava Qüvvələri Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür: “14 fevral 1992-ci ildə Azərbaycan Ordusunun ayrıcı qoşun növü kimi təsis olunub. Öz döyüş potensialına görə, Cənubi Qafqazda ən güclü Hərbi Hava Qüvvələridir və bunu Vətən müharibəsi dövründə bir daha sübuta yetirib”.

Hərbi Dəniz Qüvvələrinin yaradılmasından danışan Əzizağa Qənizadə bildirib ki, 26 iyul 1992-ci ildə “Bakılı” gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılıb və Azərbaycan öz Hərbi Dəniz Qüvvələrini yaratmağa başlayıb: “Xəzər dənizində Rusiyadan sonra imkanlarına görə ikinci hərbi donanma sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələri su sərhədlərimizin müdafiəsini həyata keçirir”.

Polkovnik qeyd edib ki, 18 dekabr 2013-cü il tarixli prezident fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının müdafiəsinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə V ordu korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb”.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm