Nida.az
XİN başçıları “RİA Novosti”dən danışdılar
“Kütləvi informasiya vasitələri ilə bağlı mövzunu bu gün biz və dünən Azərbaycan Prezidenti ilə də müzakirə etdik. Bu və ya digər tərəfin qəbul etdiyi qərarın səbəbləri barədə anlayışımız var. Biz bu və ya digər tərəfin gətirdiyi nümunələri bilirik”.
Publika.az">Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
“Bizim ümumi anlayışımız var ki, bir-birimizin qanunlarına hörmət əsasında və bu qanunlara söykənən informasiyanın azadlığı prinsipi əsasında hər iki ölkənin aparıcı KİV rəhbərlərinin iştirakı ilə xüsusi tədbirlər silsiləsini keçirəcəyik. Bir-birimizin ərazisində hadisələri necə işıqlandırdığımız barədə açıq şəkildə danışacağıq. Aramızda razılıq var ki, bu məsləhətləşmələri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin himayəsi altında təşkil edəcəyik”, - Lavrov əlavə edib.
Daha sonra Ceyhun Bayramov bildirib: “Sirr deyil ki, son aylar ölkələr arasında bir sıra faktlar üzrə problemli məsələlər var. Özünüz də dediyiniz kimi, bir neçə özəl Azərbaycan media resursu Rusiya Federasiyasında blok edilib. Bu ayın əvvəlində Rusiyanın dövlət agentliyi “RİA Novosti” Azərbaycanda blok edilib. Təbii ki, bu mövzu hamımızı narahat edir. Bugünkü müzakirələr zamanı da bu məsələyə toxunulub. Əsas diqqət ona yönəldildi ki, biz bu cür nəticələri aradan qaldırmaqdansa, belə halların qarşısını almaq üçün daha stimullaşdırıcı mexanizmlər işləməliyik. Fikrimizcə, bu cür halların qarşısının əvvəlcədən alınması daha səmərəli olardı”.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...































.jpg)
.jpg)

