Nida.az
“Miloşeviçi Haaqaya çıxaranlar Qarabağda “bazarlığa” getdilər”
“Dağlıq Qarabağ probleminin NATO-nun Uels sammitində qaldırılması əhəmiyyətli olardı. Çünki bu sammit geniş müstəvidir”.
Publika.az-a açıqlamasında NATO Parlament Assambleyasında
Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Zahid Oruc
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıda səfəri zamanı
Qarabağ məsələsini Uels sammitində qaldıracağına dair açıqlamasını
şərh edərkən deyib.
Z. Oruc qeyd edib ki, Qardaş ölkənin siyasi elitası və ən birinci
şəxsi ölkəmizin problemlərinə həssaslıqla yanaşır: “Bu həm də o
deməkdir ki, Azərbaycanın əsas strateji xətti olan Qarabağ
münaqişəsi Türkiyənin də xarici siyasət strategiyasının ilk
sıralarındadır”.
Lakin millət vəkili hesab etmir ki, NATO Qarabağ münaqişəsinə
diqqət ayıracaq.
“Suriya münaqişəsi, İraqda məlum terror, o cümlədən Ukrayna
konflikti Qərbin diqqətini Qarabağdan müəyyən mənada ayırır. Təbii
ki, bizim problemimizin beynəlxalq arenada qaldırılması
təqdirəlayiqdir. Amma bu o demək deyil ki, biz illüziyaya qatılaraq
Şimal Alyansının problemi həll edəcəyini, real addımlar atacağını
gözləməliyik. Xüsusilə, bu sammitin qonşu Rusiyaya qarşı olması da
unudulmamalıdır. NATO əsas gücünü Rusiyaya qarşı yönəltməyi düşünür
və Azərbaycana öz cəbhəsində yer ayırmaq istəyir”, - deyə millət
vəkili vurğulayıb.
Z. Orucun fikrincə, Qarabağ münaqişəsində irəliləyiş Rusiya-Ukrayna
konfliktinin nəticələrindən asılıdır: “Biz gözləyə bilmərik ki, ABŞ
Ukrayna üzərində Rusiya ilə toqquşursa, Qarabağ problemində
kompromis tapacaqlar. Mən bu kompromisə inanmıram. Digər tərəfdən,
NATO Qarabağ münaqişəsini iki ölkə arasındakı problem kimi
səciyyələndirir. Rusiyanın problemin əsas tərəflərindən biri
olduğunu nəzərə alsaq, bu, Cənubi Qafqazda razılaşdırılmış oyundur.
NATO Azərbaycanla əməkdaşlığı nə qədər arzuladısa, Qarabağ
məsələsində Balkanlardakı mövqeyini tutmadı. Onların müdaxiləsinin
şahidi olmadıq. Hətta Miloşeviç rejimini devirərək Haaqa
tribunalında mühakimə etdilər. Balkanlarda özünü göstərənlər
Qafqazlarda bunu etmədi. Qafqazlarda bu proses bazarlaşma olaraq
təzahür etdi”.
Asif Nərimanlı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ