Nida.az
Millət vəkili AŞPA-da axısxa türkləri ilə görüşdü
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Strasburqda Axıska türkləırini təmsil edən DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov, DATÜB Baş katib müavini və Avrupa təmsilçisi Burhan Özkoşar, DATUB Baş katib müavini İlyas Doğan, DATÜB İdarə heyətinin üzvü və Moskva təmsilçisi Fuad Pepinov ilə görüşüb.
Publika.az xəbər verir ki, Q. Paşayeva Strasburqa gəlmiş Ahıska türklərini təmsil edən ictimai xadimlərlə görüşdən məmnun qaldığını bildirərək, onların doğma yurda dönüş üçün uzun illərdir apardıqları mübarizəni yaxından izlədiyini, çox çətinliklə də olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib. Problemə AŞPA səviyyəsində bəslənən münasibət, habelə Azərbaycan və Türkiyənin, eləcə də digər dost və qardaş respublikaların məsələyə münasibəti barədə fikir mübadiləsi aparılan görüşdə Gürcüstanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və mövcud durumdan irəli gələn məsələlər barədə də danışılıb.
Görüşdə Axısxa türklərinin öz vətənlərinə dönüşü istiqamətində
vəziyyət, görülən işlər, problemlər, AŞPA-dakı görüşlərin
nəticələri ilə bağlı maraqlı müzakirələr də aparılıb. Axısxa
türkləri təmsilçiləri AŞPA-da qəbul edilən bəzi sənədlərdə
adlarının “mesxeti” kimi keçməsindən şikayətləniblər və bununla
bağlı resmi düşüncələrini təşkilat rəhbərlərinə də çatdırdıqlarını
deyərək əvvəlki sənədlərin bəzilərində adlarının “axısxa türkləri”
olaraq keçdiyini və bunun bu cür işlədilməsinin doğru və ədalətli
olsuğunu deyiblər. Axısxa türklərinin dönüşü istiqamətində gedən
işlərdən,problem və əngəllərdən danışan axısxa türkləri
təmsilçiləri Azərbaycan dövlətinin, prezident İlham Əliyevin daim
axısxa türklərinə göstərdiyi diqqət və qayğını böyük minnətdarlıqla
vurğulayıblar. Onlar millət vəkili,Azərbaycan-Gürcüstan
Parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva axısxa
türklərinə hər zaman əlindən gələn dəstəyi göstərdiyinə görə
təşəkkür etməklə yanaşı bu istiqamətdə səylərini daha da atırmasını
da xahiş ediblər. Axısxa türklər bizim qardaş-bacılarımızdı və
onların problemi bizim də problemimizdir deyən millət vəkili Qənirə
Paşayeva bundan sonra da əlindən gələn dəstəyi hər zaman
göstərəcəyini deyib.
Gülnar Əliyeva
-
Qoroskop01:40Günün ulduz falı: detallara fokuslanmaq vaxtıdır
-
ABŞ00:55ABŞ İranla müharibəyə hər gün sərvət xərcləyir - İnanılmaz rəqəm
-
Dünya00:15Fidan Rubio ilə İranın atdığı raketi müzakirə etdi
-
Region4 Mart 21:39İranın Türkiyəyə raket atmasına Ərdoğandan reaksiya
-
Region4 Mart 20:12Xameneinin ölümündən əvvəl hazırladığı, regionu xaosa sürükləyəcək şok plan
-
Elm və təhsil4 Mart 20:00Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi - Siyahı
-
İnanc4 Mart 19:40Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı
-
ABŞ4 Mart 19:30ABŞ-ın yeni hərbi qüvvələri bölgəyə göndərilir, İranın sonu çatıb - Pit Heqset











.jpg)



.jpg)

















.jpg)





