Nida.az
Qarabağın azad olunması üçün “2015-ci il” şansı – Təhlil
Sabah - oktyabrın 10-da Minskdə Avrasiya İttifaqının növbəti
iclası keçirəcək. İclas Ermənistanın ittifaqa daxil olması haqqında
məsələnin müzakirəsi ilə diqqət çəkir. Hansı ki, Dağlıq Qarabağın
işğalı Ermənistanın ittifaqa gedən yolunu bağlayır.
Artıq Vladimir Putinin köməkçisi Yuri Uşakov Yerevana müjdəni verib.
Publika.az xəbər verir ki, Uşakov bildirib ki, Ermənistan 2015-ci
il yanvarın 1-dən ittifaqa daxil olacaq. Bununla bağlı müvafiq
müqavilə sabahkı iclasda imzalanacaq.
Yerevanın Avrasiya İttifaqına Qarabağsız
gedişi
Uşakovun açıqlamasından da məlum oldu ki, Yerevan ittifaqa daxil
olacaq. Lakin bu qəbul Ermənistan üçün o qədər də arzu olunan
deyil. Bu, daha çox geriyə yolun olmamağından irəli gəlir. Belə ki,
bu ilin may ayının 29-da ittifaqın təsisinə həsr olunan Astana
sammitində Sərkisyanın qarşısına qoyulan məktub planlarını alt-üst
etdi. Belə ki, Prezident İlham Əliyev sammitə ünvanlandığı məktubda
Azərbaycan lideri Ermənistanın BMT tərəfindən tanınmış sərhədlərlə
ittifaqa üzv olmasını tələb edir, Azərbaycan torpaqları olan
Qarabağın bu prosesdən kənarda qalmasını istəyirdi.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev “biz Azərbaycan
prezidentinin məktubunu almışıq. Məktubda Ermənistanın yalnız
Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər çərçivəsində
quruma üzvlüyünün mümkün olduğu qeyd olunub. Azərbaycan hesab edir
ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına daxil olduğu
sərhədlərlə Avrasiya İqtisadi İttifaqına qoşula bilər” deyə İlham
Əliyevin məktubunu oxudu.
Bununla bağlı Publik.az-a danışan sabiq dövlət müşaviri, politoloq
Vəfa Quluzadə bildirir ki, bununla Ermənistanın ittifaqa qəbul
olunması problemə çevrildi: “Nazarbayev əvvəl də bildirmişdi ki,
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və 7 rayonunu işğal edib,
gərək konkret sərhədlərini göstərsin. İndi də İlham Əliyev bu
məsələni qaldırdı. Hesab edirəm ki, bu ciddi məsələdir. Lakin bunun
həlli Rusiyadan asılıdır. Rusiya çalışacaq ki, Ermənistanı ittifaqa
Qarabağsız qəbul etsin. Bu da İrəvanın xətrinə dəyəcək”.
Sonrakı proseslər göstərdi ki, Moskva Yerevanı Qarabağsız ittifaqa
gəlməyə razı salıb, daha doğrusu Ermənistan üçün bütün qapılar
bağlanmışdı. Geriyə yol yox idi. Belə ki, Avropa Birliyi ilə
əməkdaşlıq danışıqlarını qəfil kəsən Yerevan Qərbin gözündən
etibarsız ölkə kimi düşdü. Sərkisyanın önünə “Qarabağ düyünü”
qoyularkən bəlkə də o ittifaqdan imtina edərdi, amma onun üçün
hakimiyyətini xilas etməyin yeganə yolu bu idi.
Sərkisyan İlham Əliyevin tələbini qəbul etdi və ittifaqa Qarabağsız
daxil olacağını açıqladı. Ukrayna böhranından sonra düşdüyü
vəziyyətə uyğun olaraq Moskva da Bakının sərt üzündən çəkindi və
Qarabağın ittifaqa Ermənistanla daxil olmayacağını bəyan etdi.
Burda İlham Əliyevin uğurlu diplomatiyası önə çıxır. Hansı ki,
Ermənistan ittifaqa daxil olacağı təqdirdə bu birliyin tərkib
hissəsi olan gömrük şərtlərini qəbul edəcək.
Şərtlərə görə, Dağlıq Qarabağla Ermənistan arasında gömrük postu
yaradılacaq, Sərkisyan bunu etməyəcəyini nə qədər israrla açıqlasa
da.
Hazırda gömrük kodeksi 11 553 adda məhsula şamil edilir. Gömrük
Şurasına üzvlükdən sonra isə bu siyahıdakı məhsulların 60 faizinin
gömrük rüsumları artacaq.
Burda diqqət çəkən iki məqam var və hər ikisi Yerevan üçün “soyuq duş” effekti yaradacaq.
Birinci məqam: Gürcüstan Avropa İttifaqı ilə
Assosiativ sazişi imzaladı. Bu isə Ermənistanın öz sərhədləri
daxilində gömülməsi deməkdir. Belə ki, Gürcüstan sərhədlərindən
istifadə əvvəlkindən daha çox sərtləşəcək və gömrük xidmətlərui
bahalaşacaq. Həmçinin, Avropa İttifaqı ailəsinə daxil olan
Gürcüstan bu məsələdə tək qərar verməyəcək.
Digər tərəfdən, Azərbaycan və Türkiyə ilə sərhədləri Qarabağı işğal etdiyi üçün itirən Ermənistanın yeganə çıxış yolu İrandır. Lakin ittifaqın üzvü kimi Ermənistan İran sərhədlərindən də kifayət qədər bəhrələnə bilməyəcək. Bunun üçün İranın da ittifaqa üzv olması lazımdır ki, bu bir qədər çətin görünür.
İkinci məqam: Ermənistan ittifaqa üzv olandan
sonra Dağlıq Qarabağa heç bir yardım edə bilməyəcək, yaxud da bu
yardımlar şərtlər daxilində baş verəcək. Bu günə qədər Yerevanın
maliyyə yardımı ilə ayaq üstə qalmağa çalışan qondarma “DQR”-nin
separatçı rejimi bu yardımdan məhrum olacaq. Çünki birliyin
sərhədlərini ora daxil olan ölkələrin birgə yaratdıqları gömrük
xidməti qoruyacaq. Yəni ermənilərin burda sui-istifadəyə yol
vermələri çətin olacaq. Beləliklə, onsuz da böhranda olan DQR
rejimi zəifləyəcək. Bu isə Azərbaycanın işğal edilmiş əraziləri
geri qaytarmaq şansını artırır. Rəsmi Bakı ya müharibə yolu ilə, ya
da sosial böhranda olan Qarabağın erməni icmasını öz qanadı altına
almaqla buna nail ola bilər.
Asif Nərimanlı
-
Magazin105:45
Xalq artistinin nəvəsi… - FOTO
-
Sosial05:15
Qiymətləri od tutub yanan uşaq paltarları - Bahalığın SƏBƏBLƏRİ / VİDEO
-
ABŞ04:44
Trampın "Panama savaşı" ALOVLANIR: "Bunu sonra görəcəyik"
-
ABŞ00:45
Tramp ABŞ-da yalnız iki cinsi tanıyacağına SÖZ VERDİ
-
Səhiyyə00:30
Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyətləri AÇIQLAMA
-
Paranormal00:00
Günün ULDUZ FALI - Olduqca önəmli bir şeyi itirəcəksiniz
-
Hadisə22 Dekabr 23:12
Ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı / FOTO
-
Magazin222 Dekabr 22:36
Tanınmış aktrisanın 26 yaşlı gəlininin meyiti tapıldı