Nida.az
Rusiyanı azərbaycanlı “Şişani” hədələyib - İŞİD-in qusarlı döyüşçüsü
Rusiyanı hədələyən İŞİD tərkibindəki qruplaşma
azərbaycanlılardan ibarət dəstədir.
Publika.az xəbər verir ki, İŞİD-in çeçen
camaatına yaxın saytları bununla bağlı məlumat yayıblar. Məlumatda
deyilir ki, İŞİD-in “Qafqaz əmirliyi”nin əmiri Ömər Şişaninin
adından Rusiyanı hədələyən bəyanatın yayılması doğru deyil:
“Rusiyanı “cihad savaşı” ilə hədələyən əsas tərkibi
azərbaycanlılardan ibarət olan Əbu Kamil camaatıdır. Onları çeçen
camaatı ilə heç nə bağlamır. Bu camaatın tərkibində müxtəlif etnik
qruplar, Şimali Qafqazdan gələnlər, keçmiş SSRİ məkanından olanlar
daxildir. Say çoxluğu daha çox azərbaycanlılara aiddir. Camaatın
lideri azəridir, lakin adı dəqiq bilinmir. O, özünü Ömər Şişani
olaraq təqdim edir. Haqqında bilinən yeganə informasiya
Azərbaycanın Şimal bölgəsindən, Qusardan olduğudur, lakin bəzən bu
xəbərlər dolaşıq olur”.
Məlumatda qeyd edilir ki, Suriyada “Ömər Şişani” və “çeçen”
adları markaya çevrilib.
“Mücahidlər özlərini Ömər Şişani adlandırmaqla daha mübariz
olduqlarını düşünürlər. Bəzi çeçenlər Ömər Şişanini qəbul etmir və
bəzən təhqir edə edirlər. Onların dilindən tez-tez “Ömər Gruzinetz”
(gürcü dilində istehza, təhqir) sözünü eşitmək olar. Lakin onun
liderliyini qəbul edib özünü “Şişani” adlandıranlar da çoxdur.
Misal üçün, Ömər Şişaninin öz müavini Əbu Cihad özünü “Şişani Əbu
Cihad” adlandırır. Sosial şəbəkələrdə, internet üzərində, xüsusilə
“vkontakte” şəbəkəsində “Ömər Şişani” adında minlərlə hesab var.
Mücahidlər qərbli jurnalistlərlə birmənalı şəkildə əlaqə
saxlamırlar, onlar rus jurnalistlərinə üstünlük verərdilər, lakin
ruslar da bunu qəbul etmir. Ona görə də şəxsi hesablarda məlumatlar
daha çox rus dilində yayımlanır. Bundan da bir neçə qəzet xəbər
düzəldib “Ömər Şişaninin strategiyası”, yaxud “Ömər Şişani təhdid
etdi” kimi başlıqlarla yayırlar. Məhz sonuncu Rusiyanı təhdid də bu
ad altında yayılıb, lakin əsl Ömər Şişaniyə aid deyil. Bu, yuxarıda
qeyd etdiyimiz kimi, azərbaycanlı mübarizlərin çoxluq təşkil
etdikləri Əbu Kamil camaatı tərəfindən edilib”, - deyə məlumatda
bildirilir.
Yayılan məlumatda o da bildirilir ki, hazırda Kobanidə keçmiş
SSRİ məkanından olan bir neçə camaat vuruşur: “Belə ki, “Dağıstan
camaatı” kimi tanınan Sabri camaatı, çeçenlərin olduğu Adama və
Axmada camaatı, qazaxların üstünlük təşkil etdikləri Daoud camaatı,
özbəklərin Əbu Hanif camaatı və azərbaycanlılara aid Xattab
camaatı. Bu camaatlar adətən etnik tərkibinə görə formalaşıb, lakin
o da faktdır ki, hər bir camaatın tərkibində dominant etnik qrup
olsa da, digər xalqlardan da təmsil olunanlar var. Misal üçün Daoud
camaatı Qazax camaatı kimi tanınsa da, burda müxtəlif xalqların -
qırğız, türkmən, noqay, ruslar, osetinlər, taciklər və digərləri də
təmsil olunurlar. Bu camaatlar apardığı mübarizədə millətçiliyin
əsas olmadığı fikrini irəli sürürlər, lakin bu məqam həmişə
qorunmur”.
Qeyd edək ki, bu günlərdə yayılan xəbərlərə görə, İŞİD terrorçu
qruplaşmasının liderlərindən biri Ömər əl-Şişani növbəti
hədəflərinin Rusiya olacağını bəyan edib. O, atası Temur
Batiraşvili ilə telefon danışığında deyib ki, yaxın vaxtlarda
ruslara göstərəcəyik: “Ata, narahat olma, mən evə gələcəyəm və
ruslara göstərəcəyəm. Mənimlə artıq minlərlə insan gələcək və onlar
daha çox olacaq”.
Yayılan məlumat isə göstərir ki, Rusiyaya qarşı müharibə
təhdidini İŞİD-in azərbaycanlı döyüşçülərinin olduğu Əbu Kamil
camaatının “Ömər Şişani” ləqəbini götürmüş lideri edib.
Asif Nərimanlı
-
Magazin222:36
Tanınmış aktrisanın 26 yaşlı gəlininin meyiti tapıldı
-
Magazin222:24
Çakar Hadiseni təhqir etdi - VİDEO
-
Hadisə21:24
Xırdalanda mənzildə PARTLAYIŞ: yaralılar var - VİDEO
-
Magazin120:48
Zümrüd 21 il əvvəl belə görünürdü - FOTO
-
Sosial18:24
Bakıda iş adamının MÜƏMMALI ÖLÜMÜ - Meyiti tapılanda qolunda şpris qalıbmış
-
Hadisə18:12
Bakıda DƏHŞƏTLİ QƏZA - Bir ailənin üç üzvü öldü
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır