Nida.az
İslam sosializmindən “seksual inqilab”a: “İdeoloji kokteyl”- ARAŞDIRMA
Müsavat Partiyası 103 yaşını qeyd etdi. Müxalifətin əsas
partiyalarından olan Müsavat 1911-ci ilin 11 oktyabrında İstanbulda
Məmməd Əmin Rəsulzadə tərəfindən təsis edilib.
103 il sonra partiyanın durumu heç də ürəkaçan deyil. Sosial
baza baxımından xeyli zəifləyən Müsavatı hazırda daxili qarşıdurma
bürüyüb. VIII qurultayda başqan seçilən Arif Hacılı ilə əsas rəqibi
Qubad İbadoğlu arasında qarşıdurma kəskin mərhələdədir.
Lakin 103 ildən sonra Müsavatın problemi təkcə daxili qarşıdurma
deyil, ideoloji bazadakı aşınmalarda da özünü büruzə verir.
Publika.az 103 illik Müsavatın ideoloji bazasındakı
dəyişiklikləri araşdırıb.
Dünya təcrübəsində partiyalar daşıdığı ideyalara görə solçu, sağçı, mərkəzçi, digər hallarda isə, mühafizəkar, islahatçı, sosialist, liberal kateqoriyalarına bölünür. Bir sıra obyektiv səbəblərdən siyasi partiyalar sağçı-mərkəzçi, solçu-mərkəzçi, sosial-demokrat, liberal-demokrat və digər ideyalar sintezində də fəaliyyət göstərə bilir.
Bu gün Azərbaycan müxalifətində mənzərə bir qədər fərqlidir.
Yarandığı vaxt solçu olan partiyanın sağçı, yaxud mühafizəkar, eyni
zamanda bunun əksinə olaraq fəaliyyət göstərməsi faktı mövcuddur.
Bu kontekstdə Müsavat Partiyasında da “ideoloji kokteylin” olduğunu
görürük.
Tarixi Müsavat
Tarix Müsavatın, daha doğrusu, əski Müsavat Firqəsinin
Azərbaycan həyatında mühüm rol oynayan siyasi təşkilatlardan
olduğunu göstərir. Ötən əsrin əvvəllərində yaradılan partiya Məmməd
Əmin Rəsulzadənin rəhbərliyi ilə Şərqdə ilk demokratik Azərbaycan
Respublikasının yaradılması işinə ən böyük töhfələr verib. Bu gün
də M.Ə.Rəsulzadənin Azərbaycan üçün gördükləri hörmətlə anılır,
onun ideyaları dəstəklənir.
Tarixi baxımdan Müsavat Partiyasının fəaliyyətini üç yerə bölmək
olar. Birincisi - ADR, ikincisi - mühacirət, üçüncüsü -1991-ci
ildən sonrakı dövr.
İlk iki dövr Rəsulzadənin müəyyənləşdirdiyi ideoloji xətt qabarıq
şəkildə özünü göstərir. Lakin hər şey üçüncü dövrə qədər davam
etdi. Belə ki, Müsavatın ideoloji istiqaməti ötən əsrin
əvvəllərində solçu, solçu-mərkəzçi olaraq, islam sosializmi
kontekstində formalaşmışdı. Hələ 1915-ci ildə Müsavat ideoloqu
Məmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetinin redaktoru olanda yazırdı
ki, “biz müsəlman olduğumuzdan islam sosializmi mövqeyində
dayanırıq”.
Müsavatın bünövrəsi “Hümmət” təşkilatından gəldiyi üçün burda islam və millətçilik əsas qayəni təşkil edirdi.
Üçüncü dövrün Müsavatı isə sağçı, sağçı-mərkəzçi, bəzən isə,
mühafizəkar və radikal yönümdə fəaliyyət göstərir, halbuki, bu,
istinad etdikləri Rəsulzadə ideologiyasına ziddir.
Müsavat, eyni zamanda, Avropa Liberal-Demokrat Alyansının
sırasında təmsil olunur. Bu da onların liberallığa meyilliyinin
göstəricisidir.
Bu baxımdan, partiyanın tərkibi sağçılar və solçular, liberallar və
mühafizəkarlar, dini radikallığı önə çəkənlər olmaqla rəngarəngdir.
Ən diqqət çəkən məqam isə ölkədə seksual inqilabın (vaxtilə İsa
Qəmbərin müşaviri olmuş, hazırda mühacirdə yaşayan Əli Əkbərin
timsalında) tərəfdarı olanların da Müsavat sıralarında yer
almasıdır.
Bu ideoloji kokteylin səbəbləri sırasına tarix səbəblərlə yanaşı,
partiyanın sosial bazasının genişləndirmək manevrləri də
daxildir.
Liberallıq haradan qaynaqlanır?
Müsavat avrointeqrasiya yolunu tutub və bunu açıq şəkildə bəyan
edir. Qərbə çıxışın ən uyğun yolu isə liberallıqdan keçir və ölkə
daxilindəki ideoloji kursundan fərqli olaraq xaricdə liberal yol
tutulur. Amma o da faktdır ki, partiya sıralarında aşırı liberal
olanlar da təmsil olunurlar. Avropanın liberal demokratları ilə
əməkdaşlıq da buna əsaslanır. Yəni xarici dəstəyin əldə edilməsi
üçün ölkədən kənarda liberal vitrin yaratmaq siyasəti
yürüdülür.
Seksual inqilabın tərəfdarları
Partiyanın üst qatında oturan kəslərin mühafizəkar, özü də
qatısından olduğu məlumdur. Lakin partiya son 5 il ərzində
“açıqlığa” yol vermək siyasətini tutdu. Səbəbsə, Avropa dəyəri
deyib, aşırı liberallığa meylli gənclərin ələ alınması və beləliklə
sosial bazanı genişləndirmək idi. Bu təcrübə AXCP-də yaşanmışdı və
baş müsavatçılar “mehriban düşmənlərindən” geridə qaldıqlarını
götürdülər. Nəticədə bu gün Müsavat öz sıralarına qəbul etdikləri
“seksual inqilabçı” gənclərin gözü ilə aşırı liberallığı da
dəstəkləyir.
Dinə meyillilik
Son 4 ildə, xüsusilə 2011-ci ildən etibarən Azərbaycanda din
siyasiləşməyə başladı. Vaxtilə dindarların “hicab aksiyası” və bu
səpkili proseslər cəmiyyətdə yeni siyasi gücün yetişməsini
göstərirdi. Həmin vaxt ölkədə siyasi partiyalar, o cümlədən Müsavat
dindarların ələ alınması üçün onların hüquqlarının müdafiəsi işinə
başladı. Misal üçün, AXCP sosial şəbəkələr üzərindən dindar kəsim
üzərində təbliğata başladı. Partiya sədri Əli Kərimlinin mediada
sözçüsü kimi çıxış edənlərdən bir neçəsi sosial şəbəkələrdə
dindardan qatı dindar fikirlər yayması da bunu göstərirdi. Müsavat
isə təbliğatdan çox daha real işə üstünlük verildi və Nardaran
camaatının timsalında dini kəsim üzərində fəal işə keçdi. Əslində,
bu normal bir prosesdir və Azərbaycan cəmiyyətində dinin təsirini
nəzərə alsaq, bir siyasi partiya üçün ağıllı gediş idi. Amma
sonradan bu proseslər çərçivələrdən kənara sızmağa, dindar adı
altında radikal dindarlığın da müdafiəsi, dəstəklənməsi baş verdi.
Düzdür, M. Ə. Rəsulzadə “islam sosializmi” ideyasını irəli sürürdü,
amma çağdaş Müsavatın “dini siyasəti” bununla heç uyuşmadı.
Politoloq Elşən Manafov Publika.az-a açıqlamasında bildirib ki,
bu partiyanın ideoloji qarışıqlığı özünü sosial bazasının
genişləndirməklə yanaşı, geosiyasi reallıqdan da irəli gəlir:
“Müsavat ABŞ-dakı və Türkiyədəki müəyyən dairələrin dəstəyi ilə
Azərbaycanın birmənalı şəkildə Qərbin təhlükəsizliyinə
inteqrasiyasına maraqlıdır. Amma onlar gözəl başa düşürlər ki,
Azərbaycan ətrafındakı mürəkkəb vəziyyət bir kontekstdə siyasət
aparmağı mümkünsüz edir. Azərbaycan hakimiyyətinin bugünkü
balanslaşdırılmış xarici siyasəti ölkənin milli təhlükəsizlik
maraqlarının müdafiəsi üçün daha məqbul və daha əlverişlidir.
Azərbaycan iqtidarının bugünkü siyasəti enerji təhlükəsizliyini
inkişaf etdirməklə, bu resurslardan gələn maliyyə, siyasi
dividentlərdən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində
istifadə etməyə söykənir. Müsavat bunu bilə-bilə Azərbaycan
ictimaiyyətinin fikrini siyasi konyekturaya yönəldib, bəyan edir
ki, maraqları birmənalı şəkildə Qərbə inteqrasiyadır”.
Onun sözlərinə görə, Müsavatın sağ-mərkəz mövqeyi cəmiyyətdəki
dini kəsimlə bağlıdır: “Bu, bir tərəfdən siyasi konyukturadan irəli
gəlir, digər tərəfdən isə dinin siyasi fəaliyyətdə əhəmiyyətini
başa düşərək, inanclı insanların dəstəyini qazanmağa hesablanıb. Bu
baxımdan Müsavat konyuktura maraqlarından çıxış edərək klerikal
siyasi təşkilatlarla əməkdaşlıq etməyə də üstünlük verir”.
Politoloq vurğulayıb ki, Müsavat digər tərəfdənsə sağ-mərkəzçi
partiyanın ideoloji dəyərlərindən çıxış edərək dünyəvi dövlət
qurulmağının vacibliyini vurğulayır. Onun fikrincə, bu ziddiyyət
sosial bazanı genişləndirməyə hesablanıb ki, bu da partiyanın
hazırkı durumunu bəlli edir.
Bu aradan çağdaş Müsavatın hazırkı durumu illər öncə
Rəsulzadənin sözlərini yada salır.
“Firqə ehtirasları, şəxsi-qərəzləri və bütün bu kimi Vətən və
millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı, Vətən
qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır”, -
zamanında belə deyirdi Rəsulzadə.
Asif Nərimanlı
-
Səhiyyə00:30
Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyətləri AÇIQLAMA
-
Paranormal00:00
Günün ULDUZ FALI - Olduqca önəmli bir şeyi itirəcəksiniz
-
Hadisə22 Dekabr 23:12
Ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı / FOTO
-
Magazin222 Dekabr 22:36
Tanınmış aktrisanın 26 yaşlı gəlininin meyiti tapıldı
-
Magazin222 Dekabr 22:24
Çakar Hadiseni təhqir etdi - VİDEO
-
Hadisə22 Dekabr 21:24
Xırdalanda mənzildə PARTLAYIŞ: yaralılar var - VİDEO
-
Magazin122 Dekabr 20:48
Zümrüd 21 il əvvəl belə görünürdü - FOTO
-
Sosial22 Dekabr 18:24
Bakıda iş adamının MÜƏMMALI ÖLÜMÜ - Meyiti tapılanda qolunda şpris qalıbmış