Nida.az
Mustafa Hacıbəyli: “İstefalara görə məsuliyyəti Qubad İbadoğlu daşıyır”
“Müsavatdan gedənlərə görə məsuliyyət Qubad İbadoğlunun üzərinə düşür”.
Bunu Publika.az-a açıqlamasında Müsavat
funksioneri, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli
Müsavatdan son istefalara münasibət bildirərkən deyib.
M. Hacıbəyli qeyd edib ki, Q. İbadoğlu seçkinin saxtalaşdırılması
iddiası ilə tərəfdarlarını “mübarizəyə” körüklədi: “Münasibətləri o
həddə gətirdi ki, artıq özü belə tərəfdarlarının davranışlarına
nəzarət edə bilmir. Əgər nəzarət edə bilirsə, yenə də məsuliyyəti
özü daşıyır. Müsavatı, İsa bəyi saxtakarlıqda ittiham etdilər. Bu
ittihamlara verilən cavablar hətta bəzən qeyri-etik olsa belə, bu,
onların istefasına bəraət ola bilməz. Mən əminəm ki, bu əsassız
ittihamlar olmasaydı, münasibətlər bu həddə gəlməyəcəkdi”.
M. Hacıbəyli yeni başqanın qardaşı olduğu üçün danışmaq şansından
imtina etməyəcəyini deyib. Bildirib ki, o, 20 ildən artıqdır ki,
Müsavatda fəal şəkildə mübarizə aparır.
“Arif Hacılı başqan seçildi deyə mən danışmaq, yazmaq hüququndan
məhrum edilməliyəm? Mən 22 ildir Müsavatda, 25 ildir hərəkatdayam.
Mübarizə səngərdə gedəndə səngərdə olmuşam, meydan da gedəndə
meydanda. Qəzet səhifələrində gedəndə qələmimlə vuruşmuşam, hər
seçkidə məntəqələrdə olmuşam. Müsavata yüzlərlə yeni üzv
gətirmişəm, o cümlədən Qubad İbadoğlunu”, - deyə o vurğulayıb.
O, Arif Hacılıya yox, Müsavata böhtan atılandan məsələlərə müdaxilə
etdiyini bildirib: “İsa bəyin qardaşı bütün seçki kampaniyası
zamanı Qubad bəyin təbliğatını aparanda ona məsləhətlər verilmirdi.
Rövşən bəy Müsavatın üzvü olmadığı halda bunu edirdi. Amma mən Arif
Hacılıya yox, Müsavata böhtan atılanda müdaxilə etdim”.
M. Hacıbəyli sosial şəbəkələrdə yayılan “gizli qrup”dan da danışıb.
Bildirib ki, bu, Arif Hacılıya aid deyil. Onun sözlərinə görə,
vaxtilə “Facebook”da Müsavata aid 3 qapalı qrup var idi: “Sonradan
qərar verildi ki, ikisi bağlansın, biri qalsın. Buna baxmayaraq,
“Müsavat üzvləri” adında 2 qrup qalıb. “Qubad İbadoğlu
tərəfdarları” adında qapalı, yəni gizli qrup da mövcuddur.
Başqa-başqa qruplar da var ki, bu qruplardan birinə haker hücumu
olub və ortaya Arif Hacılının bir neçə tərəfdarının daxili
yazışmasını çıxarıblar. Gördük ki, həmin yazışmalarda Qubad
İbadoğlu tərəfdarlarının əleyhinə deyilən tənqid, hətta təhqiramiz
ifadələr də vardı. Biz buna təəssüf edirik. Bu, Arif Hacılının və
ya onun tərəfdarlarının qrupu deyil. Arif Hacılının tərəfdarları
qrupu olsaydı, onun üzvlərinin sayı 228 olardı, halbuki o qrupda
cəmi 15-20 nəfər olub”.
Asif Nərimanlı
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi