Nida.az
Müsavatda “İntiqam” komissiyası təklifi - Şok
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy başqan Arif Hacılıya ironik təklif irəli sürüb.
Publika.az xəbər verir ki, S. Əlisoyun təklifinə
görə, Arif Hacılı və komandası “İntiqam” komissiyası yaratsın.
“Arif Hacılı Məclisi yeni bir komissiya yaratsa, yerinə düşər.
Ortaya ciddi faktlar qoyulur, cavab vermək əvəzinə təhqir
kampaniyası başlayır. Arif Hacılının dəstəsinin durması mümkün
deyil. Gənclərlə işi “uğurla” bitirə bildilər. Sırada, deyəsən,
Ellada xanım və Vurğun Əyyub dayanır.
Talışxanlı demişkən, növbədə çox ziyalı var hələ. Qırmızı xətt-filan tanımadan ömrünün 20-25 ilini mücadiləyə sərf etmiş insanların üstünə gedirlər. Bu zatlardan biri ilə təsadüfən görüşdük, söhbət əsnasında “yazdıqlarını bir dəfə valideynlərinə göstər, sonra davam et, dedim”. Qayıtdı ki, “qalibləri mühakimə etmirlər, bəy”. Zatən, bu cavabdan savayı bir şey də gözləmirdim. Artıq ox yaydan çıxıb və belə bir durumda Arif Hacılının məclisi dəstənin ən bərk gedən təhqirçilərindən və qoluzorlulardan ibarət bir “İntiqam” komissiyası yaratsa, yaxşı olar. Kim bir tənqidi fikir söyləsə, bu komissiya dərhal onu cəzalandırmalıdır.
Analitik mərkəzə artıq ehtiyac yoxdur, bunun əvəzinə “İntiqam” komissiyası yaranmalıdır”, - deyə S. Əlisoy bildirib.
Asif
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin17 Noyabr 19:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO






















.jpg)









.jpg)

