Nida.az
Milli Şura mitinqi haqqında ABŞ səfirliyini məlumatlandırıb
Milli Şura 12 oktyabr mitinqi ilə bağlı ABŞ-ın ölkəmizdəki səfirliyini məlumatlandırıb.
Publika.az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini razi
Nurullayev məlumat yayıb.
R. Nurullayev bildirib ki, bu gün o, ABŞ səfirliyində yeni siyasi
müşavir Kerri Vaitlə (Kerry White” görüşüb.
“Milli Şuranın keçirdiyi etiraz aksiyası, ölkədə baş verən son
olaylar, həbslər və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə
yaradılan əngəllər barədə məlumat verdim. Qarşılıqlı maraq kəsb
edən digər məsələlər ətrafında da fikir mübadiləsi apardıq”, -deyə
AXCP sədrinin müavini qeyd edib.
Qeyd edək ki, Milli Şura oktyabrın 12-də Yasamal rayonu, “Məhsul”
stadionunda mitinq keçirib. Bakı Şəhər Baş Polis idarəsini rəsmi
məlumatına görə, mitinqdə 900 nəfər iştirak edib.
AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı isə iddia
edib ki, mitinqdə 7 min nəfər insan iştirak edib.
Milli Şuranın bu və ya digər formada keçirdiyi mitinq haqqında ABŞ
səfirliyini məlumatlandırması diqqət çəkir. Belə ki, Cenevrə
konvensiyasına görə diplomatik korpusun işi fəaliyyət göstərdiyi
ölkədə öz ölkəsinə və vətəndaşlarına aid məsələlərlə məşğul
olmaqdır. Milli Şuranın mitinqi isə birbaşa Azərbaycanın daxili
işidir.
Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında deyib ki, bu,
daha çox Milli Şuranın öz etdikləri haqqında Qərbə hesabat
verməsidir: “Bu o demək deyil ki, ABŞ səfirliyi mitinqin
sifarişçisidir. Sadəcə olaraq Milli Şura Qərbə “biz hakimiyyətə
qarşı etirazımızı davam etdiririk”, yaxud da “iş görürük” tipli
hesabat verir. Qarşı tərəfindən bunu necə qəbul etdiyini demək
çətindir. Amma ortada bir detal var ki, bu da müxalifətin Qərb
qarşısında hesabatlılığının olmasıdır”.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının “Əli Kərimli
Obamaya yarınmaq üçün mitinq keçirdir” iddiası bu kontekstdə diqqət
çəkir.
BAXCP rəsmisi bildirib ki, ABŞ prezidenti Barak Obamanın
Azərbaycanla bağlı məlum çıxışından sonra Əli Kərimli ABŞ-a
yarınmaq üçün mitinq arzusunu ortaya qoyub: “Əli Kərimli yenidən
özünü “qərbyönümlü” siyasətçi kimi ABŞ-a təqdim edir”.
Asif
-
Hadisə23:12
Ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı / FOTO
-
Magazin222:36
Tanınmış aktrisanın 26 yaşlı gəlininin meyiti tapıldı
-
Magazin222:24
Çakar Hadiseni təhqir etdi - VİDEO
-
Hadisə21:24
Xırdalanda mənzildə PARTLAYIŞ: yaralılar var - VİDEO
-
Magazin120:48
Zümrüd 21 il əvvəl belə görünürdü - FOTO
-
Sosial18:24
Bakıda iş adamının MÜƏMMALI ÖLÜMÜ - Meyiti tapılanda qolunda şpris qalıbmış
-
Hadisə18:12
Bakıda DƏHŞƏTLİ QƏZA - Bir ailənin üç üzvü öldü
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var