Nida.az
Mübariz Qurbanlı: “Bəzi siyasi təşkilatlar uğursuzluğu uydurmalarla ört-basdır edirlər”
“Yeni Azərbaycan Partiyası seçkilərə həmişə hazır olan partiyadır”.
Publika.az xəbər verir ki, bu barədə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, YAP icra
katibinin müavini Mübariz Qurbanlı hakim partiyanın rəsmi saytına
açıqlamasında deyib.
Onun sözlərinə görə, YAP-ın bütövlükdə seçki ilə bağlı fəaliyyəti
həmişə müsbət nəticələr verib: “Yerli strukturlarımız da seçki
hazırlığı ilə bağlı mütəmadi olaraq fəaliyyət göstərməkdədir.
Məşhur bir deyim var ki, “seçki kampaniyasına seçki bitən günün
səhərisi başlamaq lazımdır”. Yəni bu prosesə seçkidən seçkiyə
deyil, daim seçki hazırlığı ilə bağlı işlər görülməlidir”.
M. Qurbanlı bildirib ki, YAP seçki məsələlərində ölkədəki istənilən
siyasi partiyalardan müqayisəedilməz dərəcədə böyük təcrübəyə
malikdir. Onun sözlərinə görə, YAP-ın seçki taktikasının ən mühüm
xüsusiyyətlərindən biri odur ki, bu taktikada müasirlik önəmli
yerlərdən birini tutur. Belə ki, müasir dünyada ayrı-ayrı ölkələrin
seçki təcrübəsi öyrənilir və həmin təcrübədən səmərəli istifadə
olunur.
“Biz ötən il ölkədə cənab İlham Əliyevin yüksək səviyyədə keçirilən
seçki kampaniyasında iştirak etdik. Partiyamızın lideri ötən ilin
oktyabrında keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini
qazandı. Təbii ki, bu kampaniyadan sonra qarşımızda bələdiyyə
seçkilərinə hazırlıq dayanırdı, növbəti ildə isə parlament
seçkiləri keçiriləcək. Bəzi siyasi təşkilatlar isə seçki
hazırlığını məhdud çərçivədə həyata keçirdikləri üçün uğursuzluğa
düçar olurlar. Bunu da ört-basdır etmək üçün müxtəlif uydurmaları
gündəmə gətirirlər”- deyə o, bildirib.
M. Qurbanlı qeyd edib ki, YAP-ın gücü Heydər Əliyevin ideyalarının
daşıyıcısı olmasındadır, bu ideyalar və onun müəyyən etdiyi
prinsiplər yalnız patiyayaa deyil, xalqa xas olan ideyalardır.
Partiyamızın gücünün, həmçinin Prezident İlham Əliyev kimi
liderinin olması ilə əlaqələndirən M. Qurbanlının fikrincə, YAP-ın
peşəkar kadr potensialı da bu məsələdə ciddi rol oynayır.
Azərbaycanda güclü dövlətçilik prinsiplərinin mövcud olduğunu qeyd
edən icra katibinin müavini deyib ki, bu prinsiplərə söykənən
partiyamızın seçkilərdə uğur qazanması təbiidir: “Bilirsiniz ki,
partiya rəhbərliyi tərəfindən bələdiyyə seçkilərinə hazırlıqla
bağlı müvafiq tapşırıqlar verilib. Qanunvericiliyə uyğun olaraq
seçki hazırlığı işləri davam etməkdədir. Seçkilərdə gənclərin və
qadınların namizədliyinə üstünlük verilməsi nəzərdə tutulur.
Bütövlükdə, YAP-n İcra Katibliyi, İdarə Heyəti və Siyasi Şurası
müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün bütün səylərini
səfərbər edib. Biz bələdiyyə seçkilərində böyük uğur qazanacağımıza
inanırıq”.
Asif
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?