Region
“Xarq adasına qonşu ölkələrdən hücum edilib”
İran silahlı qüvvələri ölkənin enerji obyektlərinə edilən istənilən hücuma cavab verəcək.
Publika.az xəbər verir ki, buu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Xarq adasına hücum qonşu ölkələrimizin ərazisindən həyata keçirilib və ABŞ HIMARS buraxılış sistemlərindən istifadə edərək qonşu ölkədən raketlər atır. Biz bu hücumlara mütləq cavab verəcəyik", - deyə İranın xarici işlər naziri bildirib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərq tarixində ən güclü bombardman reydlərindən birini həyata keçirdiyini və "İran imperiyasının incisi" olan Xarq adasındakı bütün hərbi hədəfləri tamamilə məhv etdiyini açıqlamışdı.
Daha sonra İran mediası partlayışı təsdiqləyib.
“Press” TV-nin məlumatına görə, ABŞ-ın hava hücumları nəticəsində 15-dən çox partlayış baş verib, havaya qatı tüstü qalxıb.
“Fars” agentliyi isə öz növbəsində ABŞ-ın adadakı hədəfləri arasında hərbi obyekt, dəniz bazası və vertolyot idarəetmə qülləsinin olduğunu bildirib.
Daha sonra İran mediası adadakı vəziyyətin nəzarət altına alındığını bildirib.
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi



































.jpg)
.jpg)