Nida.az
Məzahir Pənahov regionlarda kurslar keçirəcək
Mərkəzi Seçki Komissiyası (MSK) regionlarda kurslara başlayıb.
MSK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı aşağı seçki komissiyalarının maarifləndirmə proqramı çərçivəsində həyata keçirilir.
Oktyabrın 22-dən etibarən başlanmış kurslarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak edir. Tədris planına müvafiq olaraq kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK Katibliyinin əməkdaşları, yerli dairə seçki komissiyalarının sədrləri, müvafiq icra hakimiyyəti qurumlarının rəsmiləri, eləcə də rayonların və şəhərlərin prokurorluq, məhkəmə və polis orqanlarının məsul şəxsləri bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur.
İxtisaslaşdırılmış kursların 3 gün davam etməsi və 24 oktyabrda başa çatması nəzərdə tutulur.
Asif
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar
-
İdman10:18Trampın Ceyk Polla rəqsi gündəm oldu - VİDEO
-
Dünya09:48Pakistan Əfqanıstanı bombalayır: İtkilər var
-
Region09:28İran yenidən Türkiyəyə raket atdı: Hədəf bura olub - Video
-
Maraq dünyası09:12İnəkdən çıxan xəzinə: Tapan varlanır, qiyməti qızılı ikiqat üstələyir
































