Nida Xəbər
Baş nazir iqtisadi göstəriciləri açıqladı
“2025-ci ildə ÜDM-in real həcmi əvvəlki illə müqayisədə 1,4% artaraq 129,1 mlrd. manat olub”.
Publika.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.
Baz nazir qeyd edib ki, qeyri-neft sektoru real ifadədə 2,7% artaraq 92,3 mlrd.manata çatıb: “İqtisadiyyatda ümumi əlavə dəyərin 72%-i məhz qeyri-neft sektorunda yaranıb. Qeyri-neft-qaz sənayesində 5,5% artım olub. Neft-qaz sektorunda 1,6% azalma olub.
Neft hasilatının azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olub. Xarici ticarətdə 6,4 mlrd.dollarlıq müsbət saldo (qızıl idxalı çıxılmaqla) və qeyri-neft ixracının 8%-dən çox artaraq 3,6 mlrd. dolları üstələməsi ixrac potensialımızın genişləndiyini və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.
Hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən təqribən 14.1 mlrd. dollar və ya 20% artaraq 85 mlrd.dolları keçib. Hazırda bu rəqəm 91 milyard dollardır. Bu, ÜDM-dən 12% çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir. Bu göstərici xarici dövlət borcunu 18 dəfəyədək üstələyir.
2025-ci ildə inflyasiya hədəf diapazonunda olub. Belə ki, illik inflyasiya 5.2%, orta illik inflyasiya isə 5.6% təşkil edib.
Makroiqtisadi idarəetmənin keyfiyyəti maliyyə intizamı və fiskal dayanıqlılıq göstəricilərində də aydın görünür. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təqribən 39.2 mlrd. manat (5.4% çox), xərcləri isə 38,6 mlrd. manat icra olunub.
Prezident İlham Əliyevin cari ilin 21 yanvar tarixində Davos Forumunda vurğuladığı kimi, qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycanın əsas prioriteti makroiqtisadi sabitliyin qorunması, fiskal intizam və iqtisadiyyatın neftdən kənar sahələr üzrə şaxələndirilməsi və inkişafıdır.
Hesabat ilində institusional sahədə islahatlar davam edib, sahibkarlığın inkişafı, biznes-investisiya mühitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və kölgə iqtisadiyyatının məhdudlaşdırılması, şəffaflıq və dövlət maliyyəsi istiqamətində tədbirlər həyata keçirilib”.
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək








.jpg)





























