Nida.az
İctimai Palata İTV və Ombudsman Aparatına qarşı...
Bu gün İctimai Palatanın daha 2 üzvü aclıq aksiyasını dayandırıb. Publika.Az-a bu məlumatı Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı verib.
Gülağa Aslanlı bildirib ki, aksiyanı dayandıranlar Dünyaxanım Cərullayeva və şəkər xəstəsi Lətafət Məlikovadır. Əli Həsənov və Bəxtiyar Tağıyev isə aclıq aksiyasına bu gün başlayıb. Ümumilikdə 4-ü qadın olmaqla aksiya iştirakçıların sayı 9-dur.
Aksiyanın müddətinə gəlincə, Müsavat başqanının müavini bildirib ki, konkret vaxt müəyyənləşdirilməyib: “Həbsdəki əqidə yoldaşlarımız nə vaxt aclıq aksiyasını dayandırsalar, Müsavat qərargahında da aksiyaya son veriləcək”.
Gülaga Aslanlı Azərbaycan KİV-lərini və Ombudsman Aparatını aksiya iştirakçılarına baş çəkməməkdə günahlandırıb: “Bu gün Hollandiya və İngiltərənin telekanalları gəlib çəkiliş apardılar. Ingiltərədən olan telekanal isə çəkilişləri davam etdirəcək. Dünən üç xarici telekanal gəlmişdi. Azərbaycan İctimai Televiziyası və Ombudsman Aparatı isə hələ də aclıq aksiyası keçirənlərlə maraqlanmayıblar”.
Ömər Əmirov
Publika.Az
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika24 İyun 17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika24 İyun 14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial24 İyun 13:20Sabah yağış yağacaq
-
Sosial24 İyun 12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı









.jpg)




.jpg)




















