Nida.az
Partiya sədrləri: “Hakimiyyətlə görüşlər vacibdir”
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Yeni Müsavat”a müsahibəsində “Eurovision” musiqi yarışmasından sonra ziyalılarla və müxalifətlə görüşəcəyini bildirib.
Publika.Az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu cür təmasların vacib olduğunu deyib: “Cəmiyyət yalnız bir qüvvənin iradəsinə tabe edilə bilməz. Bu, avtoritarizmə gətirib çıxarar. İkinci məqam odur ki, bir çox problemlərin səbəbi tərəflərin problemləri özləri üçün müstəqil müəyyənləşdirməsidir. Məsələlərə birgə baxış yarananda onların həlli asanlaşır”.
Vətəndaş və İnkişaf Partiyasının ( VİP) sədri Əli Əliyev də belə görüşlərin mütəmadi keçirilməsinə ehtiyac gördüyünü vurğulayıb. O, müzakirə olunacaq məsələlərin də kifayət qədər çox olduğunu deyib: “Sərbəst toplaşmaq azadlığı, Seçki Məcəlləsinin dəyişdirilməsi, korrupsiyaya qarşı mübarizə, Dağlıq Qarabağ münaqişəsi və sair məsələlər müzakirə oluna bilər”.
VİP sədri hesab edir ki, Azərbaycan hakimiyyəti gec-tez yumşalma mərhələsinə başlamalıdır: “Bu mərhələ nə qədər tez başlasa o qədər yaxşı olar”.
Ömər Əmirov
Publika.Az
-
Art23:24Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO
-
Region23:12İranın Milli Təhlükəsizlik Şurası ona tapşırıldı
-
Magazin123:00Lalə Məmmədovanın retro tərzi - FOTO
-
Avropa22:36Çaylar qurudu, "aclıq daşları" üzə çıxdı
-
Nəqliyyat21:12Bakıda 11 marşrutun dayanacaqlarda hərəkəti dəyişdirilir
-
Magazin220:36Botoksdan sonra gözləri əyildi
-
Hadisə19:12Bakıdakı güclü yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Maraq dünyası17:00Sürücü polisin yazdığı cərimə protokolunu yedi










.jpg)

























