Nida Təhlil
Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanda Buxara şəhərinə də səfər ediblər. Türküstan bölgəsinin tarixi şəhərlərindən olan Buxaraya səfər üç aspektdən əhəmiyyətlidir.
Birinci məqam tarixi bağların simvoludur.
İslam və Türk dünyasının tarixi mərkəzlərindən olan Buxara şəhərini Azərbaycanla tarixi bağlar birləşdirir. XV əsrdə Asiyadan gələn tacirlər tərəfindən inşa edilmiş İçərişəhərdəki Buxara karvansarayı da bunun simvollarından biridir. Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyevin Daşkənddən sonra Buxarada da görüşməsi Azərbaycan-Özbəkistan münasibətlərinin təkcə siyasi-iqtisadi maraqlar kontekstində qurulmadığını, iki ölkənin tarixi bağlarla birləşdiyini sərgiləmək məqsədi daşıyır.
İkinci məqam İpək Yolu irsinin davam etdirildiyinin nümayişidir.
Buxara qədim İpək Yolunun əsas mərkəzlərindən olub. İçərişəhərdəki Buxara karvansarayı da elə bu tarixi yolla Asiyadan Bakıya gəlmiş tacirlərin mirasıdır. Hazırda Azərbaycan və Özbəkistanın strateji müttəfiqliyi tarixi İpək Yolu üzərində inşa edilən Orta dəhliz marşrutunun perspektivlərini gücləndirən əsas amillərdəndir. Buxara şəhəri hazırda da Orta dəhlizin mühüm nöqtələrindən biridir. Prezident İlham Əliyev bu şəhəri ziyarət etməklə tarixi İpək Yolunun fəaliyyətində olduğu kimi, bu irsin davamı olan Orta dəhlizdə də Azərbaycanın həlledici rol oynadığı mesajını verir.
Üçüncü məqam Türk dünyasında birliyin sərgilənməsidir.
Azərbaycan-Özbəkistan münasibətləri təkcə Mərkəzi Asiya-Cənubi Qafqaz regionlarının və buradan keçən nəqliyyat-logistika xətlərinin birləşdirilməsində yox, həm də Türk dünyasının birliyi və gələcəyində mühüm rola malikdir. Prezident İlham Əliyev Özbəkistan səfəri çərçivəsində qədim Türküstan elinin mərkəzlərindən sayılan Buxaraya səfərlə tarixi köklərə bağlı olduğumuzu, hazırda həyata keçirilən siyasətin – Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat-logistika xətlərinin birləşdirilməsində, Azərbaycanın təkcə Türkiyə ilə yox, digər türk dövlətləri ilə də strateji müttəfiqlik münasibətlərinin qurulmasında, yekun hədəfin türk dünyasının güclənməsi olduğunu sərgiləyir.
Asif Nərimanlı
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO












.jpg)


















