Nida.az
“Azərbaycanda inqilabi situasiya yoxdur”
Bu fikirləri Publika.Az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
O, Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun
Azərbaycanda inqilabi situasiya olduğu barədə KİV-də gedən
açıqlamasına münasibət bildirərək deyib ki, hər hansı epizodik
narazılığa görə ölkədəki situasiyaya qiymət vermək, “diaqnoz
qoymaq” düzgün deyil:
“S.Cəlalaoğlu Qubadakı hadisələri əsas götürür. Təbii ki, bu
hadisədən ibrət götürülməlidir. Təkcə Qubada yox, digər regionlarda
hər hansı hal olduqda, yerində tədbir görülür. Sadəcə lazımdır ki,
icra başçıları mərkəzlə, nazirliklərlə əlaqələri
möhkəmləndirsinlər, əhalinin problemləri ilə maraqlansınlar.
Nazirliklərdə də buna maraq olmalıdır. Öz deputatlıq təcrübəmdən də
deyə bilərəm ki, bölgələrdə olan vətəndaşların qayğıları ilə
maraqlansan, onlarla diqqətli və həssas davransan, heç bir problem
olmaz. Ümid edirəm, bundan sonra bölgədəki məmurlar öz danışdıqları
ifadələrə, öz fəaliyyətlərinə diqqət edəcəklər”.
Bununla bərabər, F.Ağamalı qeyd edib ki, olanları şişirtmək lazım
deyil:
“Ölkədə mənfi halların qarşısının alınması üçün davamlı tədbirlər
görülür, tənqid və narazılığını bildirmək üçün müxalifətə geniş
meydan yaradılır”.
Rüfət Əhmədzadə
Publika.az
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?