Nida.az
Adil Qeybulla: “ADR-in elektoratı Müsavat üzvlərindən iki dəfə çoxdur”
“Vurğun Əyyubun deputatlığa namizədliyini irəli sürən Suraxanı rayon təşkilatı Müsavat Partiyası rəhbərliyinə bununla bağlı müraciət edibsə, bu yetərlidir. Prosedur həmişə belə olub. Sadəcə olaraq, hazırkı rəhbərlik süni surətdə bürokratiya yaradır”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan
Demokratiya və Rifah (ADR) hərəkatının İdarə Heyətinin üzvü,
professor Adil Qeybulla deyib.
“Namizədlik haqda danışmaq hələ tezdir”
Onun sözlərinə görə, Müsavat rəhbərliyi legitimliyini qəbul
etdirmək üçün bütün yollara əl atır.
A. Qeybulla özünün deputatlığa namizəd olacağı haqda qərar
vermədiyini bildirib: “Mən situasiyaya baxacağam. Hələlik bu haqda
qərarım yoxdur. Digər tərəfdən, namizədlik barədə danışmaq hələ
tezdir. Ola bilsin, müəyyən dəyişikliklər olsun, seçki sistemində
yeniliklər baş versin. Vəziyyətə uyğun addımlar atacam”.
“Partiya rəhbərliyi icra mexanizmlərindən istifadə edərək
legitimliyini qəbul etdirmək istəyir”
ADR təmsilçisi Qubad İbadoğlunun Müsavatdan çıxarılması haqda
müraciətlərinə hələ də cavab ala bilmədiklərini qeyd edib: “Neytral
insanların, xalq hərəkatında tanınmış şəxslərin, hüquqşünasların
olduğu 11 nəfərdən ibarət qrup tərəfindən bununla bağlı müraciət
olundu. Lakin hələ də cavab verilməyib. Müsavat rəhbərliyi
müraciətin rəsmi şəkildə partiya strukturlarına daxil olmadığını
bəhanə edir. Lakin hər kəs bunun bəhanə olduğunu yaxşı bilir.
Partiyaya üzv olmaq, yaxud istefa vermək mətbuatda
ictimailəşdiriləndə bu, yetərli sayılır. Bu müraciətin mətbuatda
yayımlanması da yetərli olmalıdır. Hesab edirəm ki, bu addım da
partiya rəhbərliyinin icra mexanizmlərindən istifadə edərək öz
legitimliyini qəbul etdirmək cəhdidir”.
“Müsavatın əksər rayon təşkilatı iflic
vəziyyətindədir”
A. Qeybulla hazırda ADR elektoratının Müsavat Partiyası üzvlərindən
ikiqat çox olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Müsavat
rəhbərliyinin hərəkat üzvlərinin sayının az olması haqda
səsləndirdiyi iddialar qərəzdən irəli gəlir.
“Bu yanaşma onların nə qədər qərəzli olduğunu göstərir. ADR-in
gücünü hər şeydən əvvəl təsis konfransı göstərdi. Buna əsasən
əminliklə demək olar ki, bu gün ADR sıralarında olan şəxslərin sayı
Müsavatın rəsmi struktur üzvlərinin sayından iki dəfə çoxdur. Çünki
partiyanın əksər rayon təşkilatları iflic vəziyyətindədir.
Çoxlarının da yalnız adı qeydiyyatdadır, özləri yoxdur. Ümumi
görüntünün başqa olduğunu göstərməyə çalışsalar da, real vəziyyət
fərqlidir. ADR isə süst siyasi durumda böyük ruh yüksəkliyi ilə
təsis edildi, insanlar bura həvəslə qoşuldular. Hazırda 35 rayonda
təsis toplantısı olub. Hərəkatın bütün strukturları formalaşandan
sonra ortaya yeni, güclü bir təşkilat çıxacaq. Ortaya qoyulan
intellektual məhsul və təkliflər paketi də yeni dövrə uyğundur”, -
deyə o vurğulayıb.
“Biz bunları Müsavatda həyata keçirmək istəyirdik, imkan
vermədilər”
A. Qeybulla hazırda ADR-in imicinin Müsavatın imicindən xeyli yaxşı
olduğunu bildirib. Onun sözlərinə görə, hərəkatın qarşıya qoyduğu
hədəf yeni dövrdə Azərbaycan reallıqlarını nəzərə alaraq, tam
demokratik keçidə optimal resept hazırlamaqdır: “Biz bunu Müsavatda
həyata keçirmək istəyirdik, lakin orda imkan vermədilər. Köhnə
qaydaların, mitinq və aksiya üslubunun daha məqbul olduğunu hesab
etdilər. Halbuki bu xəttin heç bir perspektvi yoxdur. Son dövrlər
aksiya iştirakçılarının sayı da azalan tendensiya ilə gedir”.
“Tutulan yanlış xətt, köhnə zehniyyət Müsavatı
zəiflətdi”
ADR təmsilçisi Müsavat daxilindəki narazılığın kökünün xeyli
əvvəllərə gedib çıxdığını bildirib.
“Bu cür fikir ayrılıqları 2005-ci ildən başlayıb. Biz qurultayı
gözləyirdik. Hesab edirdik ki, problemlər həll olunar və Müsavatı
cəmiyyətə yeni formada təqdim edə bilərik. Çünki bu təşkilatın
adında ən azı Müsavat var və tarixi köklərə malikdir. Bu gün
tutulan yanlış xətt, köhnə zehniyyət Müsavatı zəiflətdi. ADR isə
hələlik ictimai təşkilatdır. Biz beynəlxalq reallıqları,
Azərbaycanın geopolitik mövqeyini nəzərə alaraq yeni proqram, yeni
yol xəritəsi hazırlayacağıq və bu hədəflərə nail olmaq
niyyətindəyik”, - deyə A. Qeybulla diqqətə çatdırıb.
Asif Nərimanlı
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır






.jpg)














.jpg)











