Nida.az
Pan Gi Mun Azərbaycana gələcək
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov martın 31-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun ilə görüşüb.
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı çərçivəsində baş tutub.
Azərbaycan Prezidentinin salamını baş katibə çatdıran Əli Həsənov
konfransa dəvətə görə təşəkkürünü bildirib.
Qeyd olunub ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalan və 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan Suriya qaçqınlarının vəziyyətini yaxşı başa düşür.
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbərinin də konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olması buna sübutdur. AIDA vasitəsi ilə Azərbaycan hökuməti həm Suriya qaçqınlarına, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına öz yardımını davam etdirəcək.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında
BMT-nin baş katibinə ətraflı məlumat verən Əli Həsənov bildirib ki,
münaqişəni sülh yolu ilə həll etməyə çalışan ATƏT-in Minsk qrupunun
fəaliyyəti heç bir nəticə vermir. Ermənistan isə BMT Təhlükəsizlik
Şurasının Dağlıq Qarabağın işğaldan azad edilməsi haqqında qəbul
etdiyi 4 qətnaməyə məhəl qoymur.
Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsinə baxmayaraq,
son 10 ildə ölkənin böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran
Əli Həsənov deyib ki, bu illər ərzində yoxsulluğun səviyyəsi 49
faizdən 5 faizə endirilib, 1 milyon 300 min yeni iş yeri açılıb.
Azərbaycan BMT-nin meyarlarına əsasən sürətlə inkişaf edir. Bizim
məqsədimiz isə inkişaf etmiş ölkəyə çevrilməkdir.
Sonda Əli Həsənov Pan Gi Munu Azərbaycana səfərə dəvət edib.
Dəvətə görə təşəkkürünü bildirən BMT-nin baş katibi Azərbaycana
gələn il səfər edə biləcəyini söyləyib. Eyni zamanda, qeyd edib ki,
may ayında Bakıda keçiriləcək beynəlxalq tədbirə xüsusi
nümayəndəsini göndərəcək. Pan Gi Mun bir neçə dəfə Prezident İlham
Əliyev ilə görüşdüyünü bildirərək onun fəaliyyətini yüksək
qiymətləndirdiyini bildirib. O, salamlarını Prezident İlham Əliyevə
çatdırmağı xahiş edib.
Baş katib Azərbaycanın əhəmiyyətli coğrafi məkanda yerləşdiyini
və onun rəhbərlik etdiyi təşkilatın rəsmi Bakı ilə əməkdaşlığını
davam etdirəcəyini bildirib.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?