Nida.az
Rusiya oyundan çıxarılır: Balkanların yeganə ümidi Bakıdır – Şahmat gedişi
Rusiyanın Avropaya qarşı “qaz savaşında” əsas silahı
hesab olunan “Türk axını” layihəsinin yarpaqları bir-bir
tökülür.
Publika.az xəbər verir ki, Azərbaycan qazının Avropaya daşıyacaq
TANAP-a alternativ hesab olunan “Türk axını”nın da marşrutu
eynidir.
Qərb, xüsusilə Vaşinqton Azərbaycan qazını və bu qazı daşıyacaq
layihəni əsas gətirərək “Türk axınına” qarşı çıxır, Rusiya isə
ABŞ-a məhəl qoymadan israrla addımlayırdı.
Hər şey çox yaxşı gedirdi. Lakin son anda kartlar yenidən
qarışdı.
Bu ilin aprelin ilk günlərində Yunanıstan, Serbiya, Macarıstan,
Makedoniya və Türkiyənin xarici işlər nazirləri Budapeştdə Türkiyə
üzərindən Avropaya qazı aparacaq yeni kəmərin tikintisi haqda
bəyannamə imzaladılar. Moskva üçün bu “Türk axını” layihəsinə
birmənalı dəstək idi. Hətta layihədə iştirakla bağlı bu ölkələrin
rəhbərləri də fikir bildirdi. İlin başlanğıcından etibarən Rusiya
bu ölkələrlə fasiləsiz danışıqlar aparırdı. Putin güzəştlər etməklə
İtaliya, Yunanıstan və Türkiyə rəhbərliyi ilə layihəni şəxsən
müzakirə edirdi.
“Qazprom” Ukraynadan yan keçən yeni qaz kəmərinin tikintisindən
danışaraq az qala hər gün “Cənub axını” üzrə keçmiş partnyorlarla
görüşürdü.
Kremlin planı saat kimi işləyirdi və belə davam etsəydi, Rusiya hər
kəsi qabaqlayacaq, Qərbdə qəbul etməsələr belə, Avropanın içinə
soxula biləcəkdi. Martın sonunda isə vəziyyət dəyişdi. Əvvəlcə
Türkiyə ilə danışıqlar dalana dirəndi. Aprelin 21-də boru kəmərinin
Yunanıstan ərazisindən uzadılması haqda rəsmi Afina ilə razılaşma
imzalanacaqdı. Bu da baş tutmadı.
Bu arada Avropa məsələni hüquqi müstəviyə də daşıya bildi.
Avrokomissar Marqaret Vestaqer bildirdi ki, “Qazprom”un antiinhisar
qanunvericiliyi pozduğuna dair araşdırmalara başlanıb. O, bu
araşdırmaların “Türk axını” layihəsinə də toxunacağını istisna
etmədi.
Lakin Qərbin qarşısında maneə dayanırdı: Afinaya yeni sahiblənən
yunan solçuları. Vaşinqton, eləcə də Brüsseldən Afinaya dolu kimi
yağan iradlara rəğmən, solçu rəhbərlər Rusiyanın ətəyini
buraxmırdı. Bu vaxt ABŞ şahmat gedişi etdi və Rusiyanı Afinadan
deyil, Skopyedən vurdu.
Makedoniya “Türk axını” yolunda əsas açar idi. Belə ki, yunan
torpaqlarına qədər uzanacaq kəmər məhz Makedoniyadan keçərək
Serbiyaya, oradan da Avropanın qaz bazarına çıxacaqdı.
Makedoniyanın Kremlə yaxın hesab olunan hökuməti layihəni
dəstəkləməkdə israr etdiyi vaxt ölkə müxalifəti ayağa qalxdı və
meydanda çadırlar quruldu. Həmçinin, Kosova yaraqlıları fəallaşdı.
Artıq iki həftədir davam edən nümayişlərin nəticəsində hökumət geri
çəkildi və istefası tələb olunan baş naziri Nikola Qruevski şərti
açıqladı: Rusiya və Avropa Komissiyasının razılaşacağı halda
Makedoniya “Türk axını”nda iştirak edəcək. Bu avtomatik olaraq,
Makedoniyanın - əsas açarın oyundan çıxması deməkdir. Əslində
Makedoniyanın “Türk axını”na dəstəyi iqtisadi dividentdən çox
siyasi çalar daşıyırdı. Çünki bu ölkənin qaza olan tələbatı cəmi
150 milyondur ki, onu da Rusiyadan Avropa ölkələri arasında ən baha
qiymətə alır. Yəni, onun cüzi miqdarda olan tələbatını Azərbaycan
qazı hesabına ucuz qiymətə təmin etməsi daha məntiqə uyğundur.
Makedoniyadan sonra Serbiyanın baş naziri Aleksandr Vuçiç ölkəsinin
Azərbaycan qazını Avropaya nəql edəcək TAP kəməri layihəsinə
qoşulmağa hazır olduğunu bəyan etdi: “Biz Serbiya üçün qaz
təchizatını şaxələndirməyə hazırıq. Bu, bizim amerikalı dostlarımız
üçün də çox mühümdür” - deyə baş nazir bildirib.
Beləliklə, Qərb “Türk axını” layihəsinin perspektivlərini məhv
etdi. Rusiya kəməri tiksə və qazı yunan sərhədlərinə çıxarsa belə,
onu Avropa bazarına daşıya bilməyəcək. Ekspertlərin fikrincə,
Rusiya bu məsələdə tək qalıb. Deməli, Azərbaycan qazının Avropa
bazarı üçün əsas alternativ olma mövqeyi daha da möhkəmlənir.
Asif Nərimanlı
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir