Nida Xəbər
Özbəkistanın xarici işlər naziri Azərbaycan səfirini qəbul etdi
Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidov Azərbaycanın Daşkənddə yeni təyin olunmuş səfiri Rəşad Məmmədovun etimadnaməsinin surətini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Özbəkistanın xarici siyasət idarəsinin rəhbəri özünün sosial şəbəkələrdəki səhifələrində yazıb.
Görüş zamanı tərəflər siyasi dialoqun yüksək dinamikasının qorunub saxlanılmasına, ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, eləcə də nəqliyyat və logistika sahəsində birgə layihələrin təşviq edilməsinə diqqət yetiriblər.
"Əminik ki, səfirin zəngin diplomatik təcrübəsi Özbəkistan-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsinə və əməkdaşlığımızın yeni praktiki nəticələrlə zənginləşdirilməsinə töhfə verəcək", - B.Saidov yazıb.
Xatırladaq ki, iyulun 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Özbəkistandakı səfiri təyin edilib. R.Məmmədov bundan əvvəl Azərbaycanın Türkiyədəki səfiri vəzifəsində çalışıb.
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?


































.jpg)
