Nida Xəbər
AzTV İranın bu hücumlarına cavab verəcək - Video
44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən İran mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası və informasiya hücumları aparıb. Bunun əksinə olaraq, Azərbaycan mediası bu gün İran ətrafında baş verən hadisələri yalnız xəbər prinsipləri çərçivəsində işıqlandırır, hər hansı dezinformasiya və informativ hücumlara yol vermir.
Publika.az xəbər verir ki, bunu AzTV-də yayımlanan "Həftə" analitik-informasiya verilişində Rövşən Məmmədov İranın Kəşfiyyat Nazirliyinin açıqladığı "İrana düşmən olan media qurumları" siyahısında Azərbaycan Televiziyasının da yer almasına münasibət bildirərkən deyib.
Rövşən Məmmədov bildirib ki, belə bir şəraitdə İranın Kəşfiyyat Nazirliyinin "İrana düşmən olan media qurumları" siyahısına AzTV-ni də daxil etməsi təəccüb doğurur:
“Azərbaycan Televiziyasının bu siyahıya hansı əsasla salındığı bəlli deyil”.
O vurğulayıb ki, bunun səbəbi 44 günlük Vətən müharibəsi dövründə və sonrakı illərdə İran mediasının Azərbaycan əleyhinə yaydığı dezinformasiyalara AzTV-nin faktlara əsaslanan cavabları ola bilər.
Rövşən Məmmədov vurğulayıb ki, 100 illik tarixə malik Azərbaycan Televiziyası informasiya cəbhəsində ölkəmizə qarşı yönələn bütün hücumlara indiyədək olduğu kimi, bundan sonra da qarşı tərəfin kimliyindən asılı olmayaraq cavab verməyə davam edəcək.
Daha ətraflı aşağıdakı videoda:
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?


































.jpg)
