Nida.az
Müsavat Qadınlar Birliyi buraxıldı – BƏYANAT
Müsavat Partiyasının Qadınlar Birliyi özünü buraxılmış elan edib.
Bununla bağlı Publika.az-a daxil olan bəyanatda
deyilir: “Müsavat Partiyasının VIII qurultayından sonra formalaşan
yeni rəhbərliyin partiyadaxili demokratiyanı zədələyən addımlar
atması, fərqli düşünən insanlara qarşı ağır cəza metodikasından
istifadə etməsi, ümumi maraqların getdikcə qrup maraqlarına qurban
verilməsi, M. Ə. Rəsulzadənin miras qoyduğu ideoloji və siyasi
mübarizə yolundan sapmalar bir çox vicdanlı müsavatçılar kimi
Qadınlar Birliyinin üzvlərini də narahat edir. Zaman-zaman partiya
rəhbərliyinə öz iradlarını bildirən Müsavat Qadınlar Birliyinin
üzvləri demokratik abu-havanın yenidən bərqərar olacağı ümidi ilə
gözləsələr də, təəssüf ki, gözləntilər özünü doğrultmadı.
Partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli əsassız
bəhanələrlə Nizamnaməyə zidd olaraq partiyadan xaric edildi. Bir
çox tanınmış müsavatçı xanımlar buna etiraz olaraq partiyadan
istefa verdilər. Lakin bu müddət ərzində partiyanın siyasi kursunda
rəhbərliyin “qisasçılıq” metodikasından başqa dəyişən bir şey
olmadı. Artıq Müsavat Partiyasının Qadınlar Birliyini təşkil edən
üzvlər belə bir birliyin fəaliyyət göstərməsinə ehtiyac olmadığını
dərk edərək, Müsavat Qadınlar Birliyinin buraxılmasını bəyan
edirlər. Baş vermiş proseslərə etiraz əlaməti olaraq, Müsavat
Qadınlar Birliyi özünü buraxmış elan edir”.
Bəyanatı Müsavat Partiyası Qadınlar Birliyinin aşağıdakı
şura üzvləri imzalayıb:
1. Ağayeva Lalə - şura üzvü
2. Muradova Nəzakət - şura üzvü
3. Mütəllimova Gülnar - şura üzvü
4. Kərimova Südabə - şura üzvü
5. Qurbanova Xalidə - MQB sədr müavini, şura üzvü
6. Cərullayeva Dünyaxanım - MQB sədr müavini, şura üzvü
7. İskəndərova Sevinc - MQB sədr müavini, şura üzvü
8. Xatirə Abdullayeva - şura üzvü.
Asif Nərimanlı
-
ABŞ00:27ABŞ çox yaxında Pikaks dağına zərbə endirə bilər
-
Hadisə00:15Şahbuzda baş verən dəhşətli qəzada ölənlərin fotoları - Yeniləndi
-
Magazin14 Sentyabr 19:10Xalq artistinin müalicəsi nəzarətə götürüldü
-
Nəqliyyat4 Sentyabr 17:48Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
-
Region4 Sentyabr 15:34Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
-
Rəsmi xronika4 Sentyabr 15:11İlham Əliyev Niderlanda yeni səfir təyin etdi
-
Dünya4 Sentyabr 12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin14 Sentyabr 12:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO






.jpg)







.jpg)




















