Nida Təhlil
Bakı Ermənistanı məhv edəcək silah alır - Lukaşenkonun gəlişinin ÜÇ SƏBƏBİ
Belarus prezidenti Aleksandr Lukaşenko 28-29 noyabr
tarixində Azərbaycana rəsmi səfərə gələcək.
Publika.az xəbər verir ki, səfərin proqramı hələlik
açıqlanmayıb. Lakin Belarus liderinin Bakı səfərindən öncə noyabrın
22-də Moskvaya səfər etməsi diqqət çəkir. Bununla yanaşı, Türkiyə
prezidenti Rəcəb Tayyip Ərdoğan noyabrın 11-də Minskə səfər etdi.
Məhz Lukaşenkonun Ərdoğan və Putinlə görüşdən sonra Bakıda
Azərbaycan Prezidenti İlham Əliyevlə nələri müzakirə edəcəyi
maraqlıdır.
Belarus mediası Lukaşenkonu Bakıya gətirən səbəblərin müxtəlif
olduğunu yazıb.
Birincisi, Dağlıq Qarabağdır. Hansı ki, Lukaşenko
dəfələrlə münaqişə tərəfləri arasında xüsusi vasitəçi ola
biləcəyini bəyan edib.
İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı (KTMT) ilə bağlıdır. 2017-ci ildə KTMT-yə Belarus
rəhbərlik edəcək. Qurumun İrəvanda keçirilən iclasında Lukaşenko
açıq şəkildə bildirdi ki, o, KTMT-nin fəaliyyətlərinə yeniliklər
gətirəcək. Hesab olunur ki, Luşaenko İlham Əliyevlə bu məsələləri
də müzakirə edə bilər. Məqsəd KTMT-yə sədrliyi dövründə Qarabağ
münaqişəsinin həlli prosesində vasitəçi olmaqdır.
Üçüncüsü, hərbi-texniki əməkdaşlıq. Hesab olunur
ki, Lukaşenko Əliyevlə silah satışı məsələsini danışacaq. Belarusun
hərbi sənayesi inkişaf edib və orada mütləq Azərbaycanı
maraqlandıran nəsə olmamış deyil. Həmçinin, “Polonez” raket
kompleksi Bakının marağında ola bilər. Rusiyanın Ermənistana
“İsgəndər”lər verməsi fonunda Minskin bu addımı da diqqətdən
yayınmır.
Təbii ki, bütün bunlarla yanaşı, səfər zamanı Azərbaycan-Belarus
iqtisadi əməkdaşlığı əsas prioritet istiqamət olacaq.
Asif
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır















.jpg)























