Nida Təhlil
23 saat 43 dəqiqə: Azərbaycanın taleyini dəyişən vaxt
20 sentyabr Azərbaycan tarixinə dövlət suverenliyinin tam bərpa olunduğu gün kimi daxil olub. 2023-cü il sentyabrın 19-da başlayan antiterror əməliyyatı 23 saat 43 dəqiqə davam edib və nəticədə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa olunub. Bu tarixi hadisə yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması baxımından deyil, regionda yeni düzənin formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Suverenliyin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Bu proses Cənubi Qafqaz da daxil olmaqla, daha geniş coğrafiyada sülh və əməkdaşlığın formalaşması üçün yeni imkanlar yaradıb.
Publika.az mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramovun fikirlərini öyrənib.
24 saata suverenliyin tam bərpası
Vüqar Bayramov bildirib ki, 20 sentyabr Azərbaycanın tarixində mühüm günlərdən biridir:
“20 sentyabr Azərbaycan tarixinə dövlət suverenliyi günü kimi daxil oldu. Bu gün Azərbaycanın dövlət suverenliyinin ölkənin bütün ərazisində bərpa olunduğu gündür. Suverenliyin tam bərpasından sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə başladı. Eyni zamanda, Azərbaycan MDB məkanında münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini ilk bərpa edən ölkədir.
Bu kontekstdə, təbii ki, 20 sentyabr gününü həm də bu aspektdən qiymətləndirmək lazımdır. Bu gün regionda yeni düzənin formalaşmasına imkan yaratdı. Artıq bu düzən Cənubi Qafqaz da daxil olmaqla, daha böyük coğrafiyada sülh və əməkdaşlığın yaranmasına və formalaşmasına zəmin yaradıb. Bu baxımdan 20 sentyabr Azərbaycanın tarixi üçün vacib günlərdən biridir”.
Deputat qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycanın bütün ərazilərində suverenliyin tam bərpası Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri olub:
“44 günlük müharibədən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin tam bərpası, bütövlükdə, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xətlərindən biri idi və bu, 20 sentyabrda reallaşdı.
Xüsusən həmin günlərdə əldə edilən bu qələbəyə, zəfərə diqqət yetirsək, burada çox vacib məqamlardan biri Azərbaycanın mülki insanlara və mülki obyektlərə ziyan vurmadan dövlət suverenliyini bərpa etməsidir. Bunu xüsusi vurğulamaq lazımdır. Çünki Azərbaycan hər zaman beynəlxalq konvensiyalara uyğun olaraq öz siyasətini həyata keçirir. Həm 44 günlük müharibədə, həm də antiterror əməliyyatlarında mülki insanlara ziyan vurmamaq bütövlükdə Azərbaycanın hərb siyasətinin əsas elementlərindən biri idi”.

Bayramov vurğulayıb ki, hərbi meydanda qəbul edilən çevik qərarlarla yanaşı, diplomatik sahədə atılan addımlar da əldə olunan nəticədə mühüm rol oynayıb:
“Sözsüz, burada eyni zamanda Müzəffər Ali Baş Komandanımızın hərb meydanında qəbul etdiyi çevik qərarları, diplomatiya sahəsində atdığı ciddi addımları xüsusi olaraq vurğulamaq lazımdır. Çünki həm 44 günlük müharibədə əldə edilən zəfər, həm antiterror əməliyyatlarının nəticəsi, həm də diplomatik sahədə əldə olunan uğurlar bunu tələb edirdi.
Ona görə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası, təbii ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən həyata keçirilib”.
Zəfərin arxasında duran ordu quruculuğu və iqtisadi inkişaf
Deputat əlavə edib ki, Azərbaycanın əldə etdiyi zəfərdə ordu quruculuğu və iqtisadi inkişafla yanaşı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin də mühüm rolu olub:
“Amma nəzərə almaq lazımdır ki, həm ordu quruculuğu, həm də Azərbaycanın iqtisadiyyatının inkişafı birbaşa Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin nəticəsidir. Bu, mümkün oldu. Bu baxımdan Azərbaycanın zəfərinin banisi Ümummilli Lider, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz oldu”.
Müəllif: Adəm Abbaslı
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
































.jpg)



