Nida Təhlil
İrəvan Qarabağı qaytarmasa... – Putinin “Böyük Avrasiya” PLANI
2017-ci il ərəfəsində Rusiya xarici siyasətlə bağlı yeni
doktrina qəbul etdi.
Publika.az xəbər verir ki, “Rusiya Federasiyasının xarici
siyasət konsepsiyası” adlanan sənədin 36-cı səhifəsində Dağlıq
Qarabağ münaqişəsinə toxunulur.
“Kommersant”ın şərhçisi Serqey Strokan bu məsələni təhlil edərək,
bildirir ki, sənəddə ilk baxışdan heç bir sensasiya görünmür:
“Moskva ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə Qarabağ
münaqişəsini 2009-2013-cü illər ərzində Rusiya, Amerika və Fransa
prezidentlərinin birgə bəyanatlarında ifadə olunan prinsiplər
çərçivəsində həll etməyi dəstəkləyir. Faktiki olaraq, Rusiya həmin
sənədlərə ikinci nəfəs verməyi təklif edir. Misal üçün, 2011-ci
ildə “Böyük səkkizliy”in Fransanın Dovil şəhərində keçirilən
toplantısında ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Dmitri
Medvedev və Fransa prezidenti Nikola Sarkozi Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış etdilər”.
Qeyd edək ki, həmin bəyanatda deyilirdi: “ATƏT-in Minsk qrupunun
həmsədr dövlətləri – ABŞ, Rusiya və Fransa əmindir ki, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün bütün
iştirakçıların qətiyyətli addımlar atmasının vaxtı çatıb”.
Dovildə həmsədr ölkələrin rəhbərlərinin Qarabağ münaqişəsi ilə
bağlı fikirləri dəqiq və aydın idi. Onlar həmçinin, mövcud
status-kvonun saxlanılmasının münaqişənin həllini mümkünsüz etdiyi
haqda da fikirlər irəli sürmüşdü. Təsadüfi deyil ki, rəsmi Bakı bu
bəyanatı ciddi şəkildə dəstəkləmişdi. Azərbaycan Prezidenti İlham
Əliyev də Dovil bəyanatını şərh edərkən bildirmişdi ki, indiyə
qədər belə dəqiq və ciddi bəyanatlar eşidilmirdi: “Status-kvonun
dəyişikliyi haqda səslənən fikirlər o deməkdir ki, işğal olunmuş
ərazilərdə işğalçı ordu çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü
bərpa edilməlidir”.
Ukrayna münaqişəndən sonra isə Rusiya “böyük səkkizlik”dən çıxdı.
Lakin Serqey Strokan hesab edir ki, yeni xarici siyasət
doktrinasında yer alan fikirlər Rusiyanın Qərblə əməkdaşlığı bərpa
etmək istəyindən xəbər verir.
“Bu ssenari abstrakt görünmür. Donald Trampın ABŞ-ın prezidenti
seçilməsindən sonra regional münaqişələrin həlli üçün
Rusiya-Amerika münasibətlərində yeni səhifə açılır. Bununla yanaşı,
gələn ilin yazında Fransanın yeni prezidenti seçiləcək. Proqnozlara
görə, yeni prezident sağ Respublika Partiyasının namizədi Fransua
Fiyon ola bilər. Fiyon da Rusiya ilə aktiv işləməyə hazırdır. O,
xarici siyasətdə Sarkozinin mirasını tətbiq edə bilər. Rusiyaya
gəlincə, o da Qarabağ münaqişəsinin həllini istəyir və
status-kvonun dəyişməsinin vacibliyi fikrinə dəstək verir. Tramp
Amerikası ilə normal münasibətlər, həmçinin Türkiyə ilə əlaqələrin
bərpası Rusiyaya öz layihəsini – böyük Avrasiya – reallaşdırmaq
üçün yeni imkanlar verir. Azərbaycan olmadan bu layihəni
reallaşdırmaq mümkün deyil. Lakin Dağlıq Qarabağ münaqişəsinin
mövcud olması bütün planları alt-üst edir. Bu baxımdan, münaqişənin
həllinin vaxtı çatıb. Rusiyanın yeni xarici siyasət doktrinası da
Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni impulslar verə bilər”, -
deyə şərhçi vurğulayıb.
Asif
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib
-
Magazin108:10Tacirin oğlunu evləndirməzdən əvvəl etdiyi hərəkət gündəm oldu - Qadağan imiş…
-
İdman07:15Bu klubun prezidentindən şok açıqlama: Messiyə 1,4 milyard təklif etdim
-
Dünya06:46Dünyaya asteroidin çırpılacağı barədə xəbərlər yayıldı - Alimlər nə deyir?
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ










.jpg)





.jpg)

.jpg)















