• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

İki zənglə qarşısı alınan MÜHARİBƏ, ərazilərin qaytarılması üçün HAZIRLIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İki zənglə qarşısı alınan MÜHARİBƏ, ərazilərin qaytarılması üçün HAZIRLIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanda işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı ziddiyyət yaranıb. Sentyabrın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin ilə Ankarada görüşü gözlənilir. Suriyanın İdlib əyalətində “Əl-Nusra” terror təşkilatına ağır zərbə vurulub. Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəhbərliyi Amerika xüsusi xidmət orqanlarını Suriyada döyüşçülərə birbaşa yardım göstərməkdə ittiham edib. ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişini poza bilər. Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan müstəqillik referendumu regionda gərginliyi artırır.

“Azərbaycan İsraildən “Dəmir günbəz” raket sistemini Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini qorumaq üçün alır”. Bu barədə Gürcüstanın “Rezonansi” nəşri yazıb.

Nəşr qeyd edir ki, Bakının bu planı Ermənistanın “İskəndər” raketləri ilə BTC-ni vurmaq hədələrinə qarşıdır.

“Ermənistan xarici işlər nazirinin Qarabağ ətrafı ərazilərin qaytarılması ilə bağlı dedikləri əslində danışıqlar masasında müzakirə olunanları gizlətmək cəhdidir”. Bu barədə erməni siyasi şərhçi Romella Mnasakyan deyib.

Qeyd edək ki, Ermənistan XİN rəhbəri Edvard Nalbandyan danışıqlarda Qarabağ ətrafı rayonların qaytarılması məsələsinin müzakirə edildiyini bildirərək, “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik, nə də inkişaf baxımından təhlükə yaradır. Lakin təfərrüatları açıqlasam, o zaman, danışıqlar dayanar”, deyə qeyd edib.

R. Mnasakyan iddia edir ki, Nalbandyanın dedikləri erməniləri sakitləşdirməyə hesablanmış sözlərdir.

Ermənistanda işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı ziddiyyət yaranıb. Xarici işlər naziri Edvard Nalbandyan Qarabağ ətrafı rayonların qaytarılması məsələsinin müzakirə edildiyini açıqladı. Erməni nazir detalları açıqlamadan imtina etsə də, danışıqlar masasında mövcud status-kvonun ləğvi ilə nəticələnəcək müzakirələrin getdiyi ehtimalını gücləndirdi.

Lakin Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın açıqlaması İrəvanda hərbi-siyasi rəhbərlik arasında qarşıdurmadan xəbər verir.

Sentyabrın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin ilə görüşü gözlənilir. Bunu Türkiyə prezidenti Nyu-Yorkda işgüzar forumuda çıxış edərkən bildirib.

Ərdoğan bildirib: "Bazar ertəsi biz, hörmətli cənab Putinlə telefon danışığı aparacağıq. Gələn cümə axşamı (28 sentyabr) birgə şam edəcəyik. Bütün məsələləri, Suriyadakı vəziyyəti müzakirə edəcəyik".

ABŞ PKK-nın liderlərindən olan Cəmil Bayıka qarşı Türkiyə tərəfindən əməliyyatın hazırlandığı barədə məlumatı terror təşkilatına sızdırıb. Bu haqda “Aydınlıq” nəşrio yazıb. Bildirilir ki, MİT bu ilin iyul ayında Cəmil Bayikin bel ağrıları ilə əlaqədar Süleymaniyədə bir xəstəxanaya yerləşəcəyi barədə informasiya əldə edir. Bundan sonra MİT Cəmil Bayıkın tutulması üçün əməliyyat hazırlığına başlayıb.

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi texnika Cilvegözü sərhəd keçid məntəqəsindən Suriyaya keçib. Hərbi texnika İdlibə hərəkət etmədən əvvəl aralıq zonada saxlanılır.

Xatırladaq ki, Astanada keçirilən son toplantıda Rusiya, İran və Türkiyə “Əl-Qaidə” qruplarının nəzarəti altında olan İdlibdə dördüncü təhlükəsiz zonanın sərhədləri barəsində razılığa gəlib. Müqavilə haqqında məlumat verən mənbələrin sözlərinə görə, İdlib 3 hissəyə bölünəcək və vilayətin qərbi Ankaranın nəzarəti altında olacaq.

Suriyaya keçən hərbi texnika da məhz bu vəzifənin yerinə yetirilməsi üçün istifadə olunacaq.

Suriyanın İdlib əyalətində “Əl-Nusra” terror təşkilatına ağır zərbə vurulub. Rusiya Hava Qüvvələri terrorçuların mühasirəsinə düşən 29 rus əsgərini xilas etmək üçün əməliyyat təşkil edib. Nəticədə təxminən 850 terrorçu öldürülüb, 11 tank, 4 zirehli piyada avtomobili, 46 maşın, 38 silah deposu və 20 yük maşını məhv edilib.

Əməliyyat zamanı mühasirəyə düşən rus əsgərlərindən 3-ü yaralanıb. Lakin onları xilas etmək mümkün olub.

Rusiya hərbi qulluqçuları Suriyada növbəti itkilər verib. Bu haqda Rusiyanın İrkutsk vilayətindən Suriyada müqaviləli əsaslarla döyüşən Vladimir Tarasyukun qohumlarına istinadən “New Irkutsk” nəşri yazıb.

Məlumata görə, hadisə döyüş tapşırığının icrası zamanı baş verib.

“Kiçik bacısı Olqa Dolmatovanın sözlərinə görə, Vladimir bazaya qayıdan zaman həlak olub. Döyüşçülərin pusqusuna ondan başqa polkovnik və general düşüb. Onların hamısını güllələdilər. Hadisə sentyabrın 16-sı səhər saatlarında baş verib”, - nəşr yazıb.

Həmçinin qeyd edilir ki, Tarasyuk başından qəlpə yarası alıb və çoxlu qan itirib. Vertolyot isə yerə enmək və yaralıları götürmək imkanlarına malik deyildi.

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəhbərliyi Amerika xüsusi xidmət orqanlarını Suriyada döyüşçülərə birbaşa yardım göstərməkdə ittiham edib. Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoyun sözlərinə görə, döyüşçülər sentyabrın 19-da bir gün ərzində müdafiəni 12 kilometr dərinliyə qədər yarmağı bacarıblar.

İraq Silahlı Qüvvələri və “Hasti Şabi” qruplaşması bu gün səhər saatlarından Kərkük vilayətinin Havice bölgəsində əməliyyata başlayıb. Havice İraq ordusunun referendum öncəsi Kərkükə müdaxilə edə biləcəyi ən kritik bölgə hesab olunur.

Qeyd edək ki, Şimali İraq kürd muxtariyyəti sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsini planlaşdırır. Kərkük isə kürd muxtariyyəti ilə Bağdad arasında mübahisəli ərazi hesab olunur. Siyasi mütəxəssislər və hərbi ekspertlər zəngin neft və qaz ehtiyatlarının olduğu Kərkük uğrunda amansız müharibənin baş verə biləcəyi ehtimalını yüksək qiymətləndirirlər.

ABŞ Şimali İraq Kürd Muxtariyyətində müstəqillik referendumuna qəti şəkildə qarşıdır. Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert deyib.

“Referendum İraqa verilən köməyə, dəstəyə təsir edəcək. Çox güman ki, bu referendum reallaşsa, Bağdadla danışıqlar aparmayacağıq. Bundan başqa, beynəlxalq ictimaiyyətin də müzakirələrə verəcəyi dəstəyin qarşısı alınacaq”, - Noyert bildirib.

İraq, İran və Türkiyənin Xarici İşlər Nazirliyinin başçıları - İbrahim əl-Cəfəri, Cavad Zərif və Mövlud Çavuşoğlu Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində üçtərəfli görüşdə Şimali İraq kürd muxtariyyətində keçirilməsi planlaşdırılan müstəqillik referendumu ilə bağlı birgə bəyanat qəbul ediblər. Nazirlər Ərbili referendumun keçirilməsindən imtina etməyə çağırıblar.

Bəyanatda İraqın ərazi bütövlüyünə sədaqət ifadə olunub və bildirilib ki, referendum İraqın İŞİD-ə qarşı mübarizəsini böyük təhlükə altına qoyur. Bəyanatda referendumun İraq Konstitusiyasına zidd olduğu, regionda yeni münaqişələrinin başlanmasına səbəb ola biləcəyi vurğulanıb.

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan müstəqillik referendumu regionda gərginliyi artırır. Bu günlərdə Kərkükdə - Bağdadla İraq kürdləri arasında mübahili hesab olunan şəhərdə böyük partlayış baş verdi. Terror aktı nəticəsində 3 nəfər həlak oldu, təxminən 10 nəfər yaralandı. Eyni zamanda, İraqın baş naziri Heydər əl-İbadi bildirdi ki, İraq vətəndaşlarına qarşı zorakılıq davam etdirilərsə, hərbi müdaxilə ediləcək.

Bu şərtlərdə Bağdadda mərkəzi hökumətlə kürdlər arasında yeni müharibə ehtimalı olduqca yüksək qiymətləndirilir.

Rusiyanın “Rosbalt” agentliyinə müsahibəsində Yaxın Şərq üzrə mütəxəssis və politoloq Mixail Maqid proseslərin mümkün gedişatını qiymətləndirib.

ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişini poza bilər. Bu barədə “NBC” telekanalı informasiya yayıb.

Məlumata görə, Tramp 15 oktyabra qədər bu barədə yekun qərarını verəcək. Bundan sonra isə ABŞ prezidenti Konqresə İrana qarşı nüvə sazişi bağlandıqdan sonra ləğv edilmiş sanksiyaların yenidən bərpa edilib-edilməməsi barədə qərar vermək üçün 60 gün vaxt təyin edəcək.

Qeyd edək ki, Tramp nüvə sazişinin dəfələrlə ABŞ üçün “utanc mənbəyi” adlandırıb.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətər ətrafında böhranın başlanğıc mərhələsində hərbi əməliyaytların başlanması imkanına baxırdı. Bu haqda vəziyyətlə tanış mənbələrə istinadən “Blomberg” agentliyi bildirib.

Mənbələrə görə, Ər-Riyad və Əbu-Dabi terrorizmə dəstək verməkdə və İranla yaxınlaşmaqda ittiham etdiyi Qətərdə hakimiyyətin dəyişdirilməsi variantına baxırdı. Lakin ABŞ prezidenti Donald Tramp müharibənin başlanmasının qarşısını alıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR