Nida Təhlil
Paşinyandan ŞOK ADDIM: qoşunu Qarabağa yeritdi və... - "Hücuma keçməliyik"
Ermənistanın Daxili Qoşun birləşmələrini Azərbaycanın
işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirməsi işğalçı
ölkənin müharibəyə hazırlaşdığını əyani şəkildə sübut edir.
Publika.az xəbər verir ki, Ermənistan mediasında
yayımlanan məlumatlar da İrəvanın müharibə hazırlığında olduğunu
deməyə əsas verir.
Azərbaycanın Naxçıvan istiqamətində uğurlu əməliyyatı, ardınca
Ordumuzun qüdrətini nümayiş etdirən hərbi paradın keçirilməsi, daha
sonra isə iyulun 2-də 20.000 şəxsi heyətlə başlanan genişmiqyaslı
hərbi təlimlər Ermənistanda böyük qorxuyalara səbəb olub.
Ermənistanın baş naziri Nikol Paşinyan erməni hərbi birləşmələrinə
müharibəyə hazırlıq əmri verib. Bu əmrdən sonra Daxili Qoşun
birləşmələrinin Qarabağa gətirilməsi təsadüfi deyil.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə rəsmi münasibət
açıqlayıb.
“Beynəlxalq hüquqa zidd bir şəkildə Ermənistan silahlı qüvvələrinin
şəxsi heyəti və texnikasının böyük bir hissəsi Azərbaycanın işğal
olunmuş ərazilərində cəmləşdirilib. Qoşun birləşmələrinin
Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməsi Ermənistan
ordusunda acınacaqlı vəziyyətin və şəxsi heyətin
komplektləşdirilməsində üzləşdiyi ciddi problemlərin əyani
göstəricisidir. Bununla bərabər, ölkənin üzləşdiyi sosial-iqtisadi
problemlərin həllində ciddi çətinliklərlə üzləşən Ermənistanın
populist rəhbərliyi bu kimi gərginlik ab-havası və hərbi ritorika
ilə ictimai rəyi manipulyasiya etməyə və öz reytinqini saxlamağa
çalışır. Öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən
çıxarmaq əvəzinə Ermənistanın Daxili qoşun birləşmələrini də
Azərbaycanın işğal olunmuş ərazilərinə dislokasiya etməsi
Ermənistan işğalçı dövlət olduğunu və rəsmi Yerevanın münaqişənin
danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə açıq
şəkildə nümayiş etdirir. Yaranmış vəziyyətə görə məsuliyyət tam
şəkildə Ermənistanın üzərinə düşür”, - deyə XİN-in sözçüsü
bildirib.
Ermənistanın yeni hakimiyyətinin danışıqların ruhuna zidd
açıqlamaları da İrəvanın münaqişənin sülh yolu ilə həllində maraqlı
olmadığını, bu situasiyanın isə Qarabağda yeni müharibənin
başlamasına gətirib çıxaracağını deməyə əsas verir.
Erməni şərhçi Qarnik Qevorqryan yazır ki, Qarabağda müharibə
yaxındır. O, Ermənistan ictimaiyyətinin müharibəyə
hazırlaşdırılmasını təklif edir.
Erməni politoloq Levon Şirinyan isə sülh danışıqlarından imtina
etməyə və hücuma keçməyə çağırış edib.
“Biz ilk növbədə Naxçıvanı ələ keçirməliyik. Bu, bizim birinci
respublikamızın bölünməz hissəsidir. Əsas məsələ indi bizim bunu
edib-edə bilmədiyimizdir. Yox olmaq istəyirik, yoxsa yaşamaq?! Mən
sülhün psixi xəstəliyini anlamıram. Hazırkı hakimiyyət
müvəqqətidir, biz təcili olaraq növbədənkənar seçki keçirməli və
yeni hakimiyyətlə hücuma keçməliyik. Azərbaycanın qarşısını almaq
üçün biz öncədən hücum etməliyik”, - deyə Şirinyan vurğulayıb.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu