Nida Təhlil
Arif Hacılı ilə İqbal Ağazadədən ŞOK SÖZLƏR: İsa Qəmbər... - VİDEO
Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Ümid
Partiyasının sədri İqbal Ağazadə 2003-cü ilin 15-16 oktyabr
hadisələri ilə bağlı debatda bir-birinə qarşı ağır ifadələr
işlədib.
Publika.az xəbər verir ki, İqbal Ağazadə həmin vaxt məğlub
olmalarının günahkarının İsa Qəmbər olduğunu bildirib: “Mitinq günü
İsa Qəmbərə dörd dəfə zəng etdim ki, meydana gəlin. O gəlmədi. İlk
üç zəngimdə mənə söylədi ki, meydana gəlib-gəlməməklə bağlı
fikirləşir. Nəhayət, dördüncü zəngimdə bildirdi ki, yoldadır, evə
gedir”.
Arif Hacılı onun fikirlərinə müdaxilə edib, bundan sonra qarşıdurma
başlayıb.
İqbal Ağazadə: Arif bəy hər zamankı kimi cığal
mövqe ilə danışmayın.
Arif Hacılı: Səviyyəli danışın.
İqbal Ağazadə: Səviyyəsiz özünüzsünüz. Bizim həmin
vaxt Müsavat Partiyasının qərargahı qarşısında toplaşmaq planımız
yox idi.
Arif Hacılı: Bir çox plandan məlumatınız belə
olmayıb.
İqbal Ağazadə: Doğrudur. O planlar ki, 15
oktyabrda həyata keçirildi, onlardan xəbərim olmayıb. Sonradan başa
düşdüm ki, bu planlar olmasaydı, qalib gələrdik. Biz Müsavatın
qarşısında toplaşmamalıydıq. İsa Qəmbər saat 22:00-da zəng edərək
dedi ki, bura gəlmək lazımdır. Mən bildirdim ki, ora gəlmək doğru
addım deyil. Xahiş etdi ki, gəlin. Gəldim, İsa Qəmbərin otrağına
qalxdım, israrla xahiş etdim ki, insanlar dağılışsın.
Arif Hacılı: 15 il sonra “o mənə belə dedi, mən
belə dedim” məsələləri mənasızdır. Mən istintaq materiallarına
istinad edirəm. İqbal Ağazadə istintaqa bildirdi ki, o mitinqə
təsadüfən gəlib. Bu şəxs o dövrdə mitinqin əleyhinə danışıb.
İqbal Ağazadə: Xahiş edirəm təhrif etməyin.
Arif Hacılı: Oktyabrın 20-də AzTv-də danışmısınız.
Tərbiyəli olun.
İqbal Ağzadə: Tərbiyəsiz sissiniz.
Arif Hacılı: Bu səviyyədə söhbət etmək
istəmirəm.
İqbal Ağazadə: Çıx debatdan, qalanını mən
danışacam.
Arif Hacılı: Xalqın yadından heç nə çıxmayıb. Bir
çox adamlar özlərini müxalifət adlandıraraq hadisələrin günahını
müxalifət qüvvələrinin üzərinə yıxırlar. Qətiyyən mümkün deyildi
ki, mitinq dağılmamış İsa Qəmbər evinə getsin. Biz mitinq
dağılandan 6-7 saat sonra qərargahdan çıxmışıq. İsa Qəmbərin
mitinqə gəlməməsi barədə miflər uydurmaq lazım deyil. İqbal bəy
həmin vaxt orada yox idi.
İqbal Ağazadə: Mən 15 oktyabrda saat 22:00-dan
səhər saat 05:00-a qədər İsa Qəmbərin kabinetində, yəni polislər
ağır söyüşlərlə İsa Qəmbəri qovana qədər orada olmuşam.
Arif Hacılı: Səviyyəli danışın.
İqbal Ağzadə: Səviyyəsiz özünüzsünüz. İsa Qəmbərin
meydana gəlməməyi və baş verən digər proseslər haqqında debat
təşkil etsinlər, çıxım sübut edim. Sübut edim ki, kimlər həmin
dövrdə xalqın səsi üzərindən nə qədər vəsait qazanıb.
İqbal Ağazadənin bu fikirlərindən sonra Arif Hacılı debatdan
çəkilib.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu