Nida Təhlil
Makrondan ermənilərin xeyrinə QƏRAR - "Türkiyə layiqli cavabını verəcək" - ŞƏRH
Fransanın prezidenti Emmanuel Makron hər il aprelinin 24-ünün Fransada “erməni soyqrımı”nın yad edilməsi günü kimi qeyd olunacağı ilə bağlı qərar qəbul edib.
Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) təşkil etdiyi ziyafətdə iştirak edən Makron bildirib ki, anım günləri bu ildən başlayaraq keçiriləcək.
1915-ci ildə türklər tərəfindən törədildiyi iddia edilən qondarma erməni soyqırımını 2001-ci ildə qanuni şəkildə tanıyan Fransanın bu addımı qardaş ölkə ilə yanaşı Azərbaycanın da narahatlığına səbəb olur. Fransanın Ermənistana və onun vətəndaşlarına qarşı bu tutumu birmənalı qarşılanmır.
Politoloq, sabiq diplomat Fikrət Sadıxov Publika.az-a açıqlamasında bildirdi ki, Makron ya ermənilərlə olan sıx bağlılığını gizlədə bilmir, ya da gizlətmək istəmir:
“Fransa uzun illərdir ki, erməni diasporu ilə sıx bağlıdır. Fransada erməni dairələri sadəcə olaraq sıravi vətəndaşlardan ibarət deyil. Onlara arasında bir sıra zəngin təbəqələrin nümayəndələri də var: maliyyə dairələri, siyasi partiyaların nümayəndələri, parlamentdə təmsil olunan erməni mənşəli millət vəkilləri və s. Doğrudur, Fransanın bəzi dövlət başçıları bu münasibətləri diqqətdə saxlayaraq eyni zamanda, sağlam düşüncəli mövqe nümayiş etdirməyə çalışırdılar. Həm ermənilərin soyqırımı hadisəsini inkar etmir, həm də Türkiyə və Azərbaycanla münasibətlərini normal səviyyədə qurmağa çalışırdılar. Lakin Emmanuel Makron ya təcrübəsizliyi ucbatından, ya da ermənilərlə doğmalıq münasibətlərindən irəli gələrək belə addımlar atır. Bizim isə bu məsələyə münasibətimiz mənfi olmalıdır. Çünki 100 il bundan əvvəl baş verən hadisələri soyqırımı kimi qələmə vermək və bunu dünya mediasında yaymaq, siyasi don geyindirmək doğru deyil. Xüsusilə, Fransa kimi Avropanın aparıcı dövlətlərindən birinə və onun dövlət başçısına yaraşmır. Mən şübhə etmirəm ki, bu addıma Türkiyə özü layiqli cavabını verəcək. Təbii ki, biz də bunu nəzərə alıb müəyyən nəticə çıxarmalıyıq”.
Zümrüd
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu