Deputatdan problemli kreditlərlə bağlı AÇIQLAMA: Dövlət başçımıza təşəkkür edirik
Bizi izləyin

Nida Təhlil

Deputatdan problemli kreditlərlə bağlı AÇIQLAMA: Dövlət başçımıza təşəkkür edirik

"Problemli kreditlərin həlli məsələsi çoxdandır ki, gündəmdə qalıb".

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vurğuladığı problemli kreditlərin tezliklə həllini tapması məsələsini şərh edərkən deyib.

Millət vəkili qeyd etdi ki, hal-hazırda Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti qurumlar bu məsələ ilə məşğuldurlar.

“Bu məsələ ilə bağlı çoxsaylı təkliflər vardı. Biz Milli Məclisdə də bu məsələyə toxunmuşuq. Təkliflərimizi də Azərbaycan hökumətinə təqdim etmişik. Məsələni çox ciddi dəyərləndirmək lazımdır. Kifayət qədər ciddi maliyyə tələb etdiyi üçün dövlət başçımız tərəfindən məsələyə diqqətlə yanaşılırdı. Nəhayət, belə bir qərar verildi ki, bu məsələ də öz həllini tapmalıdır. Hal-hazırda Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti qurumlar bu məsələ ilə məşğuldurlar. Yaxın günlərdə məsələ öz həllini tapacaq. Problemli kreditlərin həlli ilə bağlı təkliflər çoxdur. Onların içində sosial məsələlər də var ki, həmin məsələlər hər zaman cənab prezidentin diqqət mərkəzində olub. Yəni sosial ehtiyacları və kredit borcu olanların vəziyyətinin araşdırılması, onlara güzəşt edilməsini nəzərdə tuturam”.

Vahid Əhmədov bildirdi ki, güzəşt tətbiq ediləcək kredit məbləğlərinin miqdarı hələ ki açıqlanmayacaq:

“Bu məsələ hələ ki, müzakirə mərhələsindədir. Detallar yaxın gələcəkdə açıqlanacaq. Mən belə hesab edirəm ki, bu, çox ciddi bir addımdır. Dövlət başçısı tərəfindən atılan mühüm bir addımdır. Mən bunu çox yüksək qiymətləndirirəm. Əhalinin son zamanlar, xüsusilə, iki devalvasiyadan sonra müraciət etdiyi ən əsas məsələlərdən biri məhz problemli kreditlər idi. Buna görə də mən dövlət başçımıza öz təşəkkürümü bildirirəm”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm