Nida Təhlil
Nazirlərin görüşü nəticəsiz qaldı
Azərbaycan və Ermənistan Xarici işlər nazirləri Slovakiyanın paytaxtı Bratislavada görüşürlər. Bu iki ölkənin Xarici işlər nazirlərinin 2019-cu ildə 5-ci görüşüdür. Əvvəlki 4 görüşdən nəticə əldə edilməyib. Nazirlərin görüşündən əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini Bratislavada ATƏT-in Nazirlər Şurasına təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin məsələyə dair analizində qeyd olunub.
Analizdə sənədin məzmununa belə şərh verilib: “Bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT və digər beynəlxalq təşkilatların qətnamələri çərçivəsində həllini məqbul sayır. Yəni münaqişə mərhələli şəkildə həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, işğala qon qoyulmalıdır. Həll prosesinin növbəti mərhələsi Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsi əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir: “Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir”.
Bratislavadakı görüşdən əvvəl rəsmi Bakının belə bir bəyanat yayımlaması o deməkdir ki, Azərbaycan Ermənistanın heç bir şərtini və istəyini qəbul etməyəcək. Ermənistan hakimiyyəti də Bratislava görüşünə özünəməxsus şəkildə hazırlaşıb”.
Həmçinin, Bratislava görüşündən bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri xatırlanıb: “Paşinyan orada separatçılarla fikir mübadiləsi apardı, Dağlıq Qarabağda “prezidentliyə namizədlərlə” də görüşdü. Bu azmış kimi o, Dağlıq Qarabağın “Xarici işlər naziri” Masis Mailyanı dekabrın 3-də İrəvana çağırdı. Paşinyan Bratislava görüşündən bir gün əvvəl iqamətgahında Ermənistanın və Dağlıq Qarabağın “Xarici işlər naziri” ilə birgə görüş keçirdi. Paşinyan Xankəndində Mailyanla görüşmüşdüsə, bir gün sonra onu yenidən niyə İrəvana çağırdı? Bunun iki səbəbi var. Birinci səbəb odur ki, bununla Paşinyan hamıya göstərir ki, onunla Qarabağ separatçıları arasında münaqişə və fikir ayrılığı yoxdur və separatçılar onunla hesablaşırlar. İkinci səbəbi isə odur ki, o, “üçlü” görüş keçirməklə Bakıya və beynəlxalq aləmə mesaj göndərir ki, münaqişənin həlli Dağlıq Qarabağdakı separatçıların maraqlarına cavab verməlidir və İrəvanın bu mövqeyi Bratislavada bir daha səsləndiriləcək. Bunun özü göstərir ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Bratisladavakı görüşü başlamadan nəticəsiz qalıb”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu