Merkelin əli havada qalır, İlham Əliyev isə...
Bizi izləyin

Nida Təhlil

Merkelin əli havada qalır, İlham Əliyev isə...

Prezidentin ötən gündən Azərbaycanın bölgələrinə səfərində bir neçə məqam xüsusilə diqqəti çəkir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin bir neçə rayonuna səfərini dəyərləndirən Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib.

A.Camalqızı bildirib ki, Prezidentin səfərinin bir rayonla məhdudlaşmaması hazırkı məqamda təsadüfi sayılmamalıdır:

“Prezident ötən gün səfər etdiyi ilk rayonda – Goranboyda sanki bu turun əsas qayəsini izah etdi. Prezident ictimaiyyətə koronavirusla bağlı görülən tədbirlərin miqyasını çatdırdı və kifayət qədər əhatəli və təfsilatlı açıqlamadan bəlli oldu ki, atılan bütün addımlara şəxsən nəzarət edir.

Hətta əcnəbi sürücülərə kütləvi məkanlara daxil olmaması üçün yeməyin maşınlarda verilməsinə qədər ehtiyat tədbirinin görüldüyünü Prezidentdən eşitdik. Həmçinin ölkə başçısının süni şəkildə yaradılan spirt və tibbi maska qıtlığı ilə bağlı tapşırıq verdiyi, bu sahədə möhtəkirlik edənlərə şəxsən xəbərdarlıq etməsi olduqca əhəmiyyətli idi”.

Politoloqun sözlərinə görə, məktəblilərin tətilə buraxıldığı, bir çox konsertin təxirə salındığı məqamda Prezidentin Goranboydan başqa daha 3 rayona gedib, insanlarla təmas qurması əslində xalqa mesajdır:

“Prezident koronavirusun təşviş və həyəcan yaranması üçün səbəb olmadığını şəxsən insanlarla təması, xalqla görüşləri ilə təsdiqlədi. Digər tərəfdən, Prezident bir daha göstərdi ki, nə olursa-olsun, nə baş verirsə versin, o, həmişə xalqladır və ölkəyə, xalqa gələ biləcək mümkün zərbəni hər kəsdən öncə özü qəbul etməyə hazırdır. Dərhal əlavə edim ki, Prezidentin bu addımı Almaniya kansleri Merkelin əlini havada qoyan və koronavirusa görə “yaxın təmasdan” imtina edən almaniyalı nazirin görüntüsünün yayıldığı gündə xüsusi olaraq qiymətləndirilməlidir. Fərq, baxış və münasibət göz önündədir”.

Politoloq onu da vurğulayıb ki, İlham Əliyevin bu gün hərbi hissəyə getməsinin də səbəbi budur:

“Ön cəbhədə dayanan əsgərlər də Ali Baş Komandanın mənəvi dəstəyini almış oldular və Prezidentin bu misilsiz mesajı ona görə haqlı olaraq sosial şəbəkələrdə təqdir edilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm