Nida Təhlil
Vaksin tapılana qədər koronavirusla yaşamağa öyrəşməliyik - İnfeksionist
"Orqanizmimiz digər viruslara öyrəşdiyi kimi, bu virusa da öyrəşəcək".
Bunu Publika.az-a açıqlamasında infeksionist Həmid Hacıağayev deyib.

İnfeksionist bildirib ki, məsafənin saxlanılıb-saxlanılmamasından asılı olmayaraq hava-damcı infeksiyalarından qaçmaq mümkün deyil:
"Karantin müddətində insanların evdə qalması yoluxmaların sayını minimuma endirdi. Tək koronavirus yox, digər xəstəliklər də bu müddətdə səngiməyə doğru getdi. Karantindən çıxmağa doğru irəlilədikcə yoluxmaların sayı artır. Burada qeyri-adi bir şey yoxdur. Biz əsasən pik dövrü keçməli idik ki, birdən-birə hamı xəstələnməsin. Virusun özünü necə aparacağını heç kim bilmirdi. Bütün dünyanın oxşar karantin tədbirlərini reallaşdırması da insanların kütləvi xəstələnməsinin qarşısını almaqla bağlı idi.
COVID-19 yuxarı tənəffüs yollarını zədələyən virus olduğu üçün sezon xarakteri daşıyacaq. Yəni havalar soyuduqca, koronavirusa yoluxma sayı da artacaq. Artıq bu virusla yaşamağa öyrəşməliyik. Orqanizmimiz digər viruslara öyrəşdiyi kimi, bu virusa da öyrəşəcək. İlk mərhələdə orqanizm ilkin reaksiya verdiyinə görə koronavirus özünü aqressiv formada büruzə verdi. Növbəti sezonda adi qrip kimi keçə bilər. Ancaq gigiyena qaydaları ilə bağlı bəzi nüanslara yenə də diqqət etməliyik. Düşünürəm ki, zamanla insanlar psixoloji olaraq bu virusa öyrəşəcəyi təqdirdə problem qalmayacaq".
Məhərrəm
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı















.jpg)
















.jpg)



