Nida Təhlil
Azərbaycanın “ASAN” brendi: Vətəndaşa xidmət modeli dünyanın diqqət mərkəzində...
Bürokratik əngəlləri aradan qaldırmaqla insanların daha rahat yaşamağını təmin edən Prezident İlham Əliyev “ASAN xidmət”i yaratmaqla dünyada analoqu olmayan addım atdı. Bu, dünyada öyrənilən şəffaflığın Azərbaycan modelidir və dövlət başçısının özünün dediyi kimi, “Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir”.
Prezident İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı bildirib ki, “ASAN xidmət”in timsalında ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi.
Dövlət başçısının 2012-ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən “ASAN xidmət” mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. Bu addımdan sonra Azərbaycanda ictimai münasibətlərin yeni fəlsəfəsi formalaşdı. Xidmətin istifadəyə verilməsinə qədər vətəndaşlar ictimai xidmət sahəsində tez-tez rüşvətxorluqla, korrupsiya ilə qarşılaşırdı. Məhz “ASAN xidmət” vətəndaşları bu bəladan xilas etdi və vətəndşlara yüksək səviyyəli xidmətin göstərilməsi başlandı.
Prezident İlham Əliyev bildirib ki, harada güclü iradə, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq. “ASAN xidmət” məhz belə bir nəticənin əldə olunmasıdır. Dövlət başçısının “ASAN xidmət”, sadəcə bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir” sözləri də təsadüfi deyil. Çünki bu Xidmətin fəaliyyətə başlaması rüşvətxorluğa qarşı ən effektiv addımlardan biridir.
Hazırda respublikada 19 “ASAN xidmət” mərkəzi fəaliyyət, həmçinin, 10 səyyar avtobusu fəaliyyət göstərir. Səyyar avtobuslar hər bölgədə təxminən iki həftə qalır, Bakı və Sumqayıt şəhərlərində “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməsinə baxmayaraq, şəhər sakinləri zəruri olduğu halda sifarişlə səyyar xidmətdən də istifadə edə bilirlər. İndiyə qədər səyyar “ASAN xidmət”ə 2 milyondan çox vətəndaş müraciət edib.
“ASAN xidmət” fəaliyyətə başladığı dövrdən indiyə qədər ümumilikdə 38 milyon müraciətə baxıb. Sosioloji sorğular vətəndaşların 99,4 faizi “ASAN xidməti”nin fəaliyyətindən razı olduğunu göstərir. Hazırda “ASAN xidmət” mərkəzlərində 320 xidmət növü göstərilir.
Preziden İlham Əliyev bildirib ki, “ASAN xidmət”in daha səkkiz mərkəzinin inşası nəzərdə tutulur.
“Növbəti 2-3 il ərzində “ASAN xidmət” ölkəmizin bütün bölgələrini əhatə edəcək”, - dövlət başçısı qeyd edib.
“ASAN Xidmət”in öz tərkibinə “ASAN kommunal”, “ASAN Həyat”, ABAD - Ailə Biznesinə Asan Dəstək layihəsini də daxildir. ABAD layihəsi dövlət ailə təsərrüfatlarının inkişafında xüsusi rol oynayır: respublikanın müxtəlif yerlərində fəaliyyət göstərən ailə təsərrüfatları öz məhsullarını bazara çıxarır, eyni zamanda, ixrac etmək imkanı qazanırlar. ABAD xətti ilə yaradılan kiçik istehsalat sahələri də özünüməşğulluq proqramına böyük dəstəkdir.
Ölkədə ictimai münasibətlərin tamamilə yeni formasının tətbiqi olan “ASAN xidmət” beynəlxalq müstəvidə Azərbaycan haqqında düzgün təsəvvürün yaranmasında da xüsusi rol oynayır.
Dövlət başçısı qeyd edir ki, “Biz haqlı olaraq fəxr edə bilərik ki, “ASAN xidmət” Azərbaycanın milli brendidir”.
Hazırda 8 ölkə “ASAN xidmət” milli brendinin tətbiqi ilə bağlı Azərbaycanla müqavilə imzalayıb. “ASAN xidmət” həm də BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi kimi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi beynəlxalq səviyyədə tanınır.
BMT-nin İnkişaf Proqramı tərəfindən 2016-cı ildə “Dövlət xidmətlərinin göstərilməsi sahəsində araşdırılma aparılmış “Vahid məkan prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi modeli: Azərbaycanın nümunəsi” (One Stop Shop Public Service Delivery Model: The Case of Azerbaijan) adlı analitik araşdırma hazırlanıb. Araşdırmada Azərbaycanın “ASAN xidmət” modelinin yaradılmasının əsasları, konsepsiyası, fəaliyyət prinsipləri, innovativ üstünlükləri və əsas nailiyyətlərinin nəzəri və praktiki aspektlərindən bəhs edilir, dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsində maraqlı olan ölkələrə “ASAN xidmət” təcrübəsinə əsaslanan tövsiyələr verilir. BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini və direktor vəzifələrinin müvəqqəti icraçısı Rastislav Vrbenski bildirib ki, “Azərbaycan “ASAN xidmət” modelini yaratdığı üçün qürur duymalıdır”.
Beynəlxalq media da “ASAN xidmət”in fəaliyyətini digər ölkələr üçün model olaraq təqdim edir.
“The Guardian” yazır: “ASAN xidmət” Azərbaycanda “bir pəncərə” prinsipi üzrə göstərilən xidmətlərin səmərəliliyini artırır”.
“La Lettre Diplomatique” Azərbaycanın milli brendindən “İnnovativ və müasir dövlət xidmətləri beynəlxalq əməkdaşlığa töhfə verir” sözləri ilə bəhs edir.
“Foreign Affairs” nəşrinin “Azərbaycan 2020-ci ildə: Davamlılığa çevrilən güc” sərlövhəli məqaləsində “ASAN xidmət”in fəaliyyəti işıqlandırılır.
“Diplomatisches Magazin” isə yazır: “Korrupsiyaya qarşı mübarizə və yaxşı idarəçiliyin Azərbaycan versiyası”.
“Reporter”in Azərbaycan brendi haqqında belə sərlövhə ilə çıxış edir: “Azərbaycan “ASAN xidmət” brendi: dövlət xidmətlərinin çatdırılmasında yeni yanaşma”.
“ASAN xidmət”in fəaliyyəti haqqında beynəlxalq dəyərləndirmə kifayət qədərdir və bütün bunlar Azərbaycanın intellektual məhsulunun dünyada tanınmasının nümunəsidir.
“ASAN xidmət”in Azərbaycan hakimiyyətinin müasir yanaşmasını nümayiş etdirdiyini bəyan edən Prezident İlham Əliyev korrupsiyaya, məmur özbaşınalığına qarşı növbəti dəfə xəbərdarlıq edib: “Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Amma siqnallar da ədalətli olmalıdır. Burada hansısa qarayaxma kampaniyasına yol vermək və kortəbii yanaşmaq olmaz”.
Asif
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...