Əliyev cəbhədə nəzarəti necə ələ aldı? – Erməni ekspert ilk dəfə hər şeyi açıqladı
Bizi izləyin

Nida Təhlil

Əliyev cəbhədə nəzarəti necə ələ aldı? – Erməni ekspert ilk dəfə hər şeyi açıqladı

Əliyev cəbhədə nəzarəti necə ələ aldı? – Erməni ekspert ilk dəfə hər şeyi açıqladı

Minasyanın Paşinyana qarşı Qarabağla bağlı ittihamları kifayət qədər əsaslandırılıb.

Publika.az
xəbər verir ki, bu barədə erməni ekspert Tiqran Koçaryan Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın açıqlamasını şərh edərkən deyib.

Erməni ekspert bildirib ki, “Aprel müharibəsi”ndən sonra cəbhə xəttində ATƏT-in monitorinq missiyasının fəaliyyətə başlaması gündəmdə idi.

“Lakin Paşinyanla Əliyevin məşhur Düşənbə görüşündə Azərbaycan istəyinə nail oldu. Əliyev Paşinyanı inandırdı ki, monitorinq olmadan da atəşkəsə əməl etmək mümkündür və Ermənistanın baş naziri bunu qəbul etdi. Bu, Azərbaycana təmas xəttində ATƏT-in nəzarətinin qarşısını almağa imkan verdi. Bakı faktiki olaraq bununla böyük üstünlük əldə etdi və olduqca ağıllı gediş etdi: təmas xəttində monitorinqdən imtina edilməsi həqiqətən də gərginliyin azalmasına səbəb oldu, lakin Azərbaycan həmin müddətdə mövqelərini gücləndirdi, mühəndis-istehkam qurğuları inşa etdi, postlarını möhkəmləndirdi, bütün postları yenidən silahlandırdı. Ermənistanın ATƏT-in monitorinqindən imtina etməsi onun diplomatik cəbhədəki vəziyyətini daha da çətinləşdirdi. Halbuki, monitorinqin olması Ermənistanın maraqlarına uyğun idi”, - Koçaryan bildirib.

Qeyd edək ki, M.Minasyan açıqlamasında “Paşinyanın hakimiyyəti dövründə Azərbaycan Prezidenti İlham Əliyev danışıqlarda strateji və taktiki üstünlüyə nail olub” deyə bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm