Nida Təhlil
Ermənistan öz üzərinə düşəni etmir və koronavirusla mübarizəyə barmaqarası yanaşır - ŞƏRH
“Ermənistan müttəfiqi olduğu ölkələrdə də öz imicini itirir”.
Bunu Publika.az-a danışan “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor bildirib ki, Ermənistanın koronavirusa qarşı mübarizədə əldə etdiyi "nəticələrin" Rusiya mediasında ifşa olunması artıq çox şeydən xəbər verir:
“Rusiya Ermənistanın MDB məkanı və Avrasiya materiki üçün təkcə siyasi planda yox, həm də tibbi və epidomoloji nöqteyi-nəzərdən təhlükə mənbəyinə çevrildiyini təsdiqləyib. Təbii ki, Rusiya mediasında Ermənistanın koronavirusla mübarizəsi ifşa olunan yazısına qədər də Ermənistan hakimiyyətinin səriştəsizlik göstərməsi, fürsətləri əldən buraxması, bu təhlükəyə ciddi yanaşmaması və lazımlı tədbirləri həyata keçirməməsi bizə bəlli idi. Bununla bağlı biz faktlara malik idik. Ona görə də Rusiya mətbuatında gedən bu yazı birinci növbədə Ermənistan hakimiyyətinin öz xalqının təhlükəsizliyinə və sağlamlığına nə qədər laqeyd, cinayətkar təfəkkürlə yanaşmasının göstəricisidir. İkinci bir tərəfdən Ermənistanın indiki hakimiyyətinin koronavirusa qarşı mübarizədə bəşəri səylərə nə qədər hörmətsiz, dünya dövlətlərinin səylərinin birləşdirilməsi prosesinə isə nə qədər təxribatçı yanaşdığının bir ifadəsidir. Bu artıq Ermənistanın strateji müttəfiqi sayılan ölkələrdə də öz mövqeyini və imicini itirməkdə olduğunun bariz nümunəsidir
Koronavirusun cilovlanması istiqamətində lazımi tədbirlərin birgə görülməsi üçün mexanizmlər hazırlandığı bir vaxtda Ermənistan öz üzərinə düşəni etmir və koronavirusla mübarizə məsələsinə barmaqarası yanaşır".
Məhərrəm
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO














.jpg)























