Nida Təhlil
Füzuli hava limanı: “yumşaq güc” diplomatiyası və strateji addım
Füzulidə beynəlxalq hava limanının inşa ediləcəyi açıqlanandan sonra bu sual müzakirə mövzusuna çevrildi, hərçənd, cavablar çox da dərində deyil.
- Niyə yeni hava limanı?
- Niyə Füzuli?
Bu iki sual kontekstində Azərbaycanın nə etmək istədiyini və niyə Füzulidə etdiyini anlamaq olar.
- Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan olundu;
- Bu il Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçiriləcək;
- Bu tədbirlərə xarici qonaqlar da dəvət olunacaq;
- İl ərzində Füzuli hava limanının ən azı uçuş-eniş zolağı istifadəyə veriləcək;
Prezidentin açıqlamasından aydın olur ki, Şuşada beynəlxalq səviyyədə keçiriləcək mədəni tədbirlər bu il ərzində nəzərə tutulur və bunun üçün yeni hava limanı lazımdır. Bu baxımdan, Azərbaycan yeni hava limanının inşaasına başlayır, il ərzində uçuş-eniş zolağı yaradılır və xarici qonaqların gəlişi daha asan və təhlükəsiz olur.
Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşada mədəni tədbirlərin keçirilməsi və xarici qonaqların dəvət edilməsi “yumşaq güc” (soft power) diplomatiyasına hesablanıb: işğaldan azad edilmiş torpaqların xarici platformalarda təbliği; xarici investisiyanın cəlb edilməsi (xarici investorların əsas şərti təhlükəsizlikdir, mədəni tədbirlərin adətən təhlükəsizlik mühitdə keçirilməsi mümkün olur, Azərbaycan bununla bölgənin təhlükəsiz olduğunu nümayiş etdirəcək və bütün bunlar üçün infrastruktur – hava limanı, nəqliyyat yolu vacibdir); xarici qonaqların Şuşaya gətirilməsi ilə işğaldan azad olunan bölgələrin Azərbaycan ərazisi kimi ilk dəfə beynəlxalq ictimaiyyət qarşısında təqdimatı olacaq;
Füzulidə hava limanının inşasının uzaq perspektivdə daha genişmiqyaslı hədəfi var:
1. Azərbaycan-Türkiyə arasında yük daşımaları: yüklər hava limanına daha rahat şəkildə daşına və Naxçıvan dəhlizindən qardaş ölkəyə aparıla bilər, yaxud əks-marşrutla;
2. Çindən gələcək yüklərin Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə daşınması ilə yanaşı, Füzuli hava limanına gətirilməsi, Naxçıvan dəhlizi üzərindən Türkiyəyə, oradan da Avropaya çıxışı, yaxud əks-marşrut üzrə daşınması təmin edilə bilər;
Azərbaycan bununla həm də tranzit olduğu beynəlxalq daşımanın daha səmərəli olması üçün alternativ yollar da yaradır.
Asif Nərimanlı
-
Qoroskop00:15Günün ulduz falı - Həddindən artıq tələbkar olmaq gərginlik yarada bilər
-
Sosial29 Noyabr 23:48Bakıda qadın və uşaqlara qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanıldı
-
Sosial29 Noyabr 22:48“34 mini həyətində alıb qəbzi vermədi, yazışmalar var” - “Səbail”in prezidenti
-
İdman29 Noyabr 21:40Rafinyanın het-triki "Barselona"ya böyükhesablı qələbə qazandırdı - Video
-
Magazin229 Noyabr 19:36Məşhur cütlük 7 illik münasibətinə son qoydu - Əvvəlcə ayrı evlərə köçüblər
-
Art29 Noyabr 18:48Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - Video
-
Səhiyyə29 Noyabr 18:24Beyində psixi pozuntuların inkişafını ləngidən “əyləc” aşkarlandı
-
Ekologiya29 Noyabr 18:00Hidrometeoroloqlardan xəbərdarlıq - Temperatur 5-8 dərəcə enəcək





































