Əli Kərimli Ramiz Mehdiyevin müdafiəsi üçün hərəkətə keçdi - Sensasion DETALLAR
Bizi izləyin

Nida Təhlil

Əli Kərimli Ramiz Mehdiyevin müdafiəsi üçün hərəkətə keçdi - Sensasion DETALLAR

Dövlətə xəyanət ittihamı ilə həbs edilən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə siyasi müxalifət, xüsusilə AXCP sədri Əli Kərimli arasında gizli təmasların olduğu və koordinasiyalı şəkildə fəaliyyət göstərdikləri haqda məlumatlar gündəmdədir. Mehdiyev-Kərimli əlaqələrinin yenidən gündəmə gəlməsi heç də səbəbsiz deyil. Çünki Mehdiyevin dövlət çevrilişi məqsədilə yaratdığı 50 nəfərdən ibarət “Dövlət Şurası”nın tərkibində yer alan müxalifət nümayəndələrinin arasında Əli Kərimlinin də adı var.

Əli Kərimli ilə Ramiz Mehdiyev arasında təmasların 90-cı illərin ikinci yarısında – Əbülfəz Elçibəyin sağ olduğu vaxtlarda yarandığı deyilir. Həmin vaxt Kərimli AXCP-də Elçibəyə qarşı öz cəbhəsini yaratmış və Mehdiyevin dəstəyi ilə siyasətdə ön plana çıxmağa çalışırdı. 2000-ci illərdə isə artıq AXCP-nin sədri olan Əli Kərimli Ramiz Mehdiyevlə təmasları sıxlaşdırdı və ondan təlimatlar almağa başladı. Məlumatlara görə, Mehdiyevlə Əli Kərimli arasındakı gizli əlaqəni Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov yaradıb. Əli Həsənov 2000-ci illərin əvvəllərində “Gənclik” metrosunun yaxınlığındakı restoranların birində Əli Kərimli ilə görüşüb. Həmin görüşdə gələcək əməkdaşlığın konturları cızılıb. Sonralar isə Ə.Həsənov öz adamı vasitəsilə R.Mehdiyevin tapşırıq və təlimatlarını AXCP sədrinə çatdırıb.

Müsavat Partiyasının keçmiş üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, 2010-cu ilin parlament seçkilərindən sonra müxalifət Əli Kərimlinin timsalında Ramiz Mehdiyevlə ittifaq qurmağa çalışırdı.

Bu, 2013-cü ildə “Milyarderlər ittifaqı”nın ortaya çıxmasından öncəki dövrdür. 2010-cu il parlament seçkilərində məğlub olan müxalifətin siyasi gələcəyi də sual altına düşdü, çünki 2003-cü il məğlubiyyətindən sonra onların ən böyük ümidləri qarşıdakı seçkilər idi. 2005-ci il parlament, 2008-ci il prezident, 2010-cu il yendən parlament seçkilərində heç bir nəticə əldə edə bilməyən müxalifət 2013-cü il prezident seçkilərində vəziyyəti xeyirlərinə dəyişmək haqda düşünürdülər. Görünür, Əli Kərimlinin timsalında müxalifətin Ramiz Mehdiyevlə təmasları yenidən sıxlaşdırması da buna hesablanmışdı. Ölkədə elektoratı olmayan, xalqın dəstəyindən məhrum olmuş müxalifət ümidlərini xarici qüvvələrə bağlayırdı. Mehdiyevlə qurulan təmasların əsas məqsədi də Rusiyadan dəstək almaq və 2013-cü il seçkilərində nəticə əldə etmək idi. 2013-cü ildə “Milyarderlər ittifaqı”nın ortaya çıxması, müxalifətin isə Milli Şura yaradaraq bir araya gəlməsi eyni planın tərkib hissəsi olaraq görünür.

- “Milyarderlər ittifaqı”nda yer alanlar Azərbaycan iqtidarına qarşı fəaliyyətə xarici dəstəyi təmin edirdi;
- Milli Şura isə ölkə daxilində bu planın icrasını həyata keçirirdi;


Rusiyanın Azərbaycandakı “beşinci kalon”una rəhbərlik edən Ramiz Mehdiyev də xarici və daxili oyunçuları koordinasiya edən fiqur rolunda çıxış edir, eyni zamanda, gizli təmasda olduğu müxalifətə qarşı “mübarizəsi” ilə hakim komanda daxilində öz mövqelərini gücləndirməyə çalışırdı. 2013-cü il planları baş tutmadı və bu, həm də müxalifətin tamamilə siyasi gündəmdən çıxmasının başlanğıcı oldu. Sonrakı dövrdə Əli Kərimlinin rəhbərliyi ilə Milli Şura zaman-zaman 300-500 nəfərlik mitinqlər keçirir, bununla gündəmdə qalmağa çalışırdı. Bu mitinqlər həm də Ramiz Mehdiyevin təlimatlarına əsaslanırdı. Mehdiyevin məqsədi ölkədə iqtidara qarşı real qüvvələrin olduğunu göstərmək və “o və ətrafının” hakimiyyəti “qoruduğu” görüntüsü yaratmaq idi.

Milli Şura 2019-cu ilin yanvarından etibarən yenidən aktivləşməyə başladı. Həmin vaxt hakim komanda daxilində ciddi kadr islahatı gedirdi və Ramiz Mehdiyevlə ətrafının vəzifədən uzaqlaşdırılacağı gözlənilirdi. Bu kontekstdə Milli Şuranın mitinqləri təsadüfi deyildi, çünki hər şey Mehdiyevin təlimatı əsasında həyata keçirilirdi.

- Milli Şura kütləvi mitinqlərlə hakimiyyətə “alternativ güc” olduğunu göstərməyə çalışırdı;
- Mitinqlərin təlimatını verən Ramiz Mehdiyev də “mən vəzifədə olmasam, müxalifət iqtidara gələ bilər”, “iqtidarın dayağı mən və komandamdır” rəyini yaratmaqla postunu qorumağa çalışırdı;


2019-cu ildə Milli Şuranın ardıcıl mitinqləri buna hesablanmışdı:

- 19 yanvar mitinqi;
- 8 oktyabr piketi;
- 19 oktyabrda şəhərin mərkəzində icazəsiz mitinq cəhdi;


Sonrakı bir neçə gündə eyni cəhdləri təkrarlamağa çalışdılar.

2019-cu ilin 23 oktyabr tarixində Ramiz Mehdiyev vəzifəsindən azad edildi və bundan sonra Milli Şuranın mitinqləri arxa plana keçdi. Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra müxalifət yeni mitinqlər təyin edir, aksiya gününə az qalmış müxtəlif bəhanələrlə təxirə salırdı. Səbəb bəlli idi: Mehdiyevin vəzifədə qalması məqsədi baş tutmamışdı və müxalifətin mitinqlərinə ehtiyac yox idi.

Mehdiyevin gedişindən sonra “yoxa çıxan” müxalifət fəaliyyətini tamamilə virtual aləmə köçürdü. Bu, bir sıra səbəbdən qaynaqlanırdı.

1. Müxalifət sıfır elektorata malik idi və real fəaliyyət göstərmək üçün resursları qalmamışdı;
2. Mehdiyevin timsalında müxalifətə maliyyə və digər dəstək verənlər artıq mövcud deyildi;


Müxalifətin virtual fəaliyyəti iqtidarın gözdən salınması məqsədilə qondarma ittihamlar irəli sürmək və “trol ordusu” ilə hücuma keçməkdən ibarətdir. Xüsusilə Əli Kərimlinin bir neçə nəfərin yüzlərlə saxta profil vasitəsilə fəaliyyət göstərən “trol ordusu” aktivlik nümayiş etdirir. Əli Kərimli və dəstəsinin hazırda əsas fəaliyyəti Ramiz Mehdiyevi müdafiə etməkdir. Rauf Arifoğlunun dedikləri bu kontekstdə xüsusi diqqət çəkir.

R.Arifoğlu bildirir ki, Ramiz Mehdiyevlə bağlı kimlər ardıcıl çıxışlar edirsə, Əli Kərimlinin “virtual əsgərləri” həmin şəxsləri hədəf seçir, sosial şəbəkələrdə qaralamağa çalışırlar.

Əli Kərimlinin Ramiz Mehdiyevdən danışan şəxslərə “trol ordusu” ilə hücum etməsinin konkret hədəfləri var.

- Mehdiyevi tənqid edənləri susmağa məcbur etmək;
- Mehdiyevin dövlətə xəyanət əməllərini “hakimiyyətin oyunu” kimi göstərməyə çalışaraq, ictimai rəyi çaşdırmaq;


Çünki istintaqın gedişində Əli Kərimlinin də Mehdiyevin Azərbaycana qarşı planlarında yer aldığı faktlarının ortaya çıxacağı gözləntisi var. İstisna deyil ki, Mehdiyev özü də Əli Kərimliyə virtual aləmdə “trol ordusunu” aktivləşdirməsi təimatını verib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm