Politoloq - Prezident 3 ay ərzində yığılıb qalan suallara aydınlıq gətirdi
Bizi izləyin

Nida Təhlil

Politoloq - Prezident 3 ay ərzində yığılıb qalan suallara aydınlıq gətirdi

Gərəkli mətbuat konfransı idi, 3 ay ərzində xeyli sual yığılmışdı. Prezidentin verdiyi cavablar həmin məsələlərə aydınlıq gətirdi. Bəlli oldu ki, dövlət başçısı Rusiya hərbçilərinin Dağlıq Qarabağda əbədi qalmasını istəmir, 5 ildən sonra vəziyyətə uyğun qərar veriləcək.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransı barədə fikirlərini bölüşərkən deyib.

Ekspert bildirib ki, Türkiyə Ermənistanla sərhəddi 1993-cü ildə Kəlbəcərin işğalına görə bağlamışdı: “Ona görə də Bakı hazırda Türkiyənin Ermənistanla sərhəddi açmasına etiraz etmir, halbuki Ankaranın özünün də İrəvana şərtləri var, bu gün işğal atlında olan Xocalıya və separataçıların işğalda saxladığı digər ərazilərə də qayıdacağıq, ancaq bir qədər zamana ehtiyac var.

Əsas odur ki, zamandan düzgün istifadə edə bilək. Laçın dəhlizi üzərindən sərhəddin nəzarətə götürülməsiylə Dağlıq Qarabağda yerdə qalan separatçıların tərksilah olunması da əsas hədəflərimizdən olmalıdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm