Nida Təhlil
Moskva razılaşması pozulur: hədəf nədir, ruslar niyə susur? - VİDEO
Video əlavə olunub.
xxx
İrəvan sərhəddəki gərginliyə görə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair üçtərəfli komissiyasının işini dayandırıb.
Paşinyanın müavini Qrioqoryanın dedikləri göstərir ki, Ermənistan sərhəd məsələsinin istədiyi kimi həlli olmadan komissiyanın işini bərpa etməyəcək.
Üçtərəfli komissiyanın yaradılması 11 yanvar Moskva bəyanatında əks olunub. İrəvanın üçtərəfli razılaşmanı pozmasının birdən çox hədəfi var.
Birincisi, seçkiöncəsi demarş edir;
Paşinyan Azərbaycanın sərhəddə təxribata cəhd edən 6 erməni diversantı saxlamasından sonra Bakı ilə masada əyləşməyin seçkiöncəsi erməni cəmiyyətinin qəzəbinə səbəb olacağını anlayır və komissiyanın fəaliyyətini birtərəfli qaydada dayandırmaqla demarş etdiyini göstərir.
İkincisi, sərhədə “beynəlxalq müşahidəçilərin gətirilməsi” təklifinin qəbul edilməsidir;
İrəvan sərhəd məsələsinin beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ilə həlli təklifini irəli sürdü, ardınca üçtərəfli komissiyanın işini sərhəd məsələsinə görə dayandırdığını açıqladı. Bununla Bakı və Moskvanı dilemma qarşısında qoymağa cəhd edir: komissiyanın fəaliyyətini bərpa etmək üçün sərhəd məsələsinin həlli lazımdır; sərhəd böhranının həlli üçün də beynəlxalq müşahidəçilərin gəlişinə razılıq verilməlidir;
Burada Ermənistanın Moskva razılaşmasını pozmasına Rusiyanın gözlənildiyindən daha yumşaq reaksiya verməsi diqqət çəkir.
Moskva əslində Vaşinqtonun planı olan müşahidəçi məsələsinin üzərinə indi – Bayden-Putin görüşündən öncə getmək istəmir və bu məsələyə liderlərin görüşündə qərar veriləcəyi gözləniləndir. Görüşdən sonra rusların “beynəlxalq müşahidəçi” təklifinə qəbul edəcəkləri istisna deyil.
Asif Nərimanlı
-
Nida Xəbər 19:12Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO
-
ABŞ18:50Parkdan 1 milyon dollar dəyərində almaz tapıldı
-
Elm və təhsil18:40Sumqayıtda məktəb direktoru 48 yaşında vəfat etdi - FOTO
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?











.jpg)













.jpg)










.jpg)

