Nida Təhlil
Bu zənglər dövlət başçımıza rəğbətin nümunəsidir - Deputat
"Avropa İttifaqı və Çin Azərbaycanın iri ticarət tərəfdaşlarıdır. Eyni zamanda, dünyanın ümumi daxili məhsul (ÜDM) strukturunda həm Aİ, həm də Çin xüsusi çəkiyə malikdir. Onların arasında illik 500 milyardlıq ticarət dövriyyəsinin olması isə özlüyündə hər şeyi deyir".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, ənənəvi yükdaşıma marşrutları əsasən Rusiya və Süveyş kanalı vasitəsilə həyata keçirilirdi: "Bu da təbii ki, vaxt və məsafə baxımından məhsulun maya dəyərinə təsir edir, rentabelliyi aşağı salırdı. Azərbaycan isə coğrafi baxımdan Şərq-Qərb, Şimal-Cənub marşrutlarının mərkəzində yerləşir və ən qısa marşrut təklif edir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən strateji siyasəti nəticəsində Xəzər dənizində yeni müasir yükaşırma infrastrukturu ilə təmin olunmuş Ələt Ticarət Limanı tikilib, Azərbaycan ən böyük donanmaya, dəmiryolu infrastrukturuna malik ölkədir".
Nəsib Məhəməliyevin fikrincə, bu göstəricilər ölkəmizi nəqliyyat-loqistika baxımından cəlbedici edir: "Dünyada nəqliyyat-logistika sahəsində ölkələrarası ciddi rəqabət mövcuddur. Dövlət başçıları arasında mövcud olan qarşılıqlı inam, etibar və aparılan siyasətin əhəmiyyəti də olduqca böyükdür. Hər iki liderin eyni gündə Prezident İlham Əliyevlə apardıqları telefon danışıqları, heç şübhəsiz, Azərbaycanın dövlət olaraq əhəmiyyətinə və onun liderinə olan rəğbətin nümunəsidir".
Tural Turan
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı















.jpg)












.jpg)









